Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytının təqdimatı keçirilmişdir

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni rəsmi saytının təqdimat mərasimi olmuşdur. Komitə sədri Elşad İskəndərov  bildirmişdir ki, Azərbaycan hökumətinin dövlət–din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də komitənin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə komitənin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən hazırlanmışdır.

Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilmişdir. Azərbaycanda olan məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında saytda geniş məlumat almaq mümkündür. Dini icmaların işini asanlaşdırmaq məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantı da yerləşdirilmişdir. Yeni saytın köməyi ilə dini icmalar və vətəndaşlar onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcək, istədikləri suallara cavab alacaqlar.

Elşad İsgəndərov daha sonra bildirmişdir ki, Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil. 

Ölkədə bilikli, milli-mənəvi dəyərləri uca tutan din xadimlərinə ehtiyac var. Gələcəkdə müxtəlif innovativ metodlarla fəaliyyət göstərən icmaların təkmilləşməsinə yönəlmiş layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran komitə sədri demişdir:"Əsas istiqamət çoxminlik icmalara xidmət göstərməkdir. İkincisi, qanunvericiliklə əlaqədar administrativ və inzibati məsələləri həyata keçirmək prosesidir. Bu sahədə bir çox hallarda narazılıq olurdu. İndi bu proseslərin hamısını onlayn yolla keçirəcəyik. Ona görə də gərək dini icmalar öz üzərində çalışsınlar. Həm dini ədəbiyyatlarla, həm onların satışını həyata keçirən müəssisələrin qeydiyyatı ilə bağlı bütün məlumatları saytda tapmaq olacaq". 

Elşad İskəndərov qeyd etmişdir ki, bu il Milli Tolerantlıq Mərkəzi yaradılacaq. Ən azı 3 dinə mənsub icmaların ortaya qoyduqları birgə layihələr komitə tərəfindən dəstəklənəcək. Bunlar əsasən islam, xristianlıq və iudaizm dinləri arasında ortaya qoyulan sosial layihələr ola bilər.

Mərasimdə  çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin  sədri Rəbiyyət Aslanova saytın yeni formada  tərtibatını Komitənin uğurlu addımı kimi dəyərləndirmişdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında