Milix Yevdayev: Azərbaycandakı tolerantlıq modeli digər ölkələr üçün nümunədir

 

Azərbaycandakı tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modeli digər ölkələr üçün nümunədir.

Bu sözləri Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev yanvarın 30-da AzərTAc-a müsahibəsində söyləmişdir.

Y.Milix bildirmişdir ki, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, Azərbaycanda hər kəs öz dini mərasimlərini rahat şəkildə həyata keçirir, azad şəkildə ibadət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözlərini xatırladan Y.Milix dövlətimizin başçısının ölkəmizdə yaşayan milli azlıqlara və dini icmalara diqqət və qayğısını xüsusi vurğulamışdır.

Azərbaycanda mövcud olan tolerantlığın dağ yəhudiləri dini icmasına münasibətdə də müşahidə edildiyini bildirən Y.Milix Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində Bakıda dağ yəhudiləri üçün sinaqoqun tikilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə edilən uğurların onları çox sevindirdiyini söyləyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri azsaylı xalqlara ölkəmizdəki kimi diqqət və qayğının göstərilməsinin nadir hal olduğunu bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında