Kompüter bilikləri sahəsində milli test mərkəzləri yaradılacaq

 

Azərbaycan Turizm İnstitutunun nümayəndə heyəti Qafqaz Universitetində Avropa İttifaqının TEMPUS Proqramı çərçivəsində “Kompüter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması” layihəsinin açılış mərasimində iştirak etmişlər.

Avropanın 5  və Azərbaycanın 11 universitetinin nümayəndəsinin iştirak etdiyi layihənin əsas məqsədi informasiya kommunikasiya texnologiyaları sahəsində biliklərin artırılması və onların ölçülməsidir. Üç il ərzində davam edən layihə 2015-ci ilin oktyabr ayında başa çatacaq. Layihənin sonunda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır.

2013-cü il yanvar ayının 28-dən 29-na qədər Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Turizm İnstitutu xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova və informasiya texnologiyaları kafedrasının müdir müavini Flora Ələsgərova təmsil etmişlər.

 

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında