Zaqatalada zəlzələdən zərər çəkmiş mindən artıq ailə kompensasiya almışdır

 

Zaqatala rayonunda 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı evləri zərər görmüş ailələrə kompensasiyaların verilməsi davam edir. Kompensasiyalar Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyaları tərəfindən aparılan araşdırmalar zamanı evləri bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyənləşdirilən ailələrə verilir. Zaqatala rayonu üzrə belə ailələrin sayı 2900-ə yaxındır. Ödənişlər “Azərpoçt” MMC Zaqatala Poçt filialının yerli şöbələri tərəfindən həyata keçirilir. Bu məqsədlə FHN-dən rayon poçt filialına müvafiq vəsait köçürülmüşdür.

Rayon Fövqəladə Hallar Komissiyasından AzərTAc-a bildirmişlər ki, indiyədək rayon üzrə 1058 zərər çəkmiş ailəyə 5 milyon 386 min manat məbləğində vəsait ödənilmişdir. Sahəsi 100 kvadratmetrə qədər olan mənzillər üçün 4 min manat, 150 kvadratmetrə qədər olan mənzillər üçün 5 min, 200 kvadratmetrə qədər olan mənzillər üçün 6 min, 200 kvadratmetrdən çox sahəsi olan mənzillər üçün isə 7 min manat kompensasiya verilir.

Yanvarın 30-da fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və rayon rəsmiləri zəlzələdən zərər çəkmiş kəndlərdə əhali ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmış, şikayətlərini dinləmiş, kompensasiyaların ödənilməsi vəziyyəti ilə tanış olmuşlar. Sonra Rayon İcra Hakimiyyətində FHN-in və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.

a�@ay�aȌ^ və çalarlar verəcəkdir.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında