Azərbaycanın da daxil olduğu türk dövlətlərinin silahlı qüvvələrinin ortaq birliyi yaradılmışdır

 

Azərbaycan, Türkiyə, Qırğızıstan türk dövlətlərinin və Monqolustanın da qoşulduğu silahlı qüvvələrinin ortaq birliyi yaradılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilmişdir.

Ortaq silahlı qüvvələr birliyi dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək TAQM adlandırılmışdır.

Məlumatda qeyd olunur ki, ordunun simvolu hesab edilən at heykəli Azərbaycan Daxili Qoşunlarının komandanı general-leytenant Zakir Həsənov tərəfindən Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyonşuya təqdim edilmişdir.

Yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələri iştirak etmişlər.

İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında