Milli informasiya agentliklərinin Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafındakı rolu müzakirə edilmişdir

 

Son illərdə Yunanıstan mətbuatı Azərbaycanın siyasi-iqtisadi uğurları barədə daha çox məlumatlar dərc etməyə başlamışdır. 

Bu fikri Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas yanvarın 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.

Görüşdə milli informasiya agentliklərinin Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafındakı rolu müzakirə edilmişdir.

AzərTAc-ın keçdiyi inkişaf yolu barədə qonağa məlumat verən Aslan Aslanov agentliyin ölkənin informasiya həyatındakı rolu barədə danışmışdır. Xüsusi qeyd olunmuşdur ki, AzərTAc Yunanıstanın milli xəbər agentliyi – AMNA ilə yaxşı əlaqələr qurmuş, digər nüfuzlu media qurumları ilə yaxından əməkdaşlıqda maraqlıdır. Bildirilmişdir ki, agentliklər Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasında (PANİA) təmsil olunurlar və bu, birgə əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunun işi barədə də məlumat verən Aslan Aslanov sabiq xarici işlər naziri, Afinanın keçmiş meri, Avropa Şurası Parlament Assambleyasında Yunanıstanın nümayəndə heyətinin rəhbəri Dora Bakoyannisin forumdakı iştirakını və çıxışını yüksək qiymətləndirmişdir.

Görüşdə milli informasiya agentlikləri arasında mətnli xəbərlərdən başqa, multimedia məhsullarının da mübadiləsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında