Həzi Aslanovun xatirəsi anılmışdır

 

 

Böyük Vətən Müharibəsi Veteranlar Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anım mərasimi keçirilmişdir.

Tədbirdə qəhrəmanın adını daşıyan 175 saylı orta məktəbin şagirdləri, Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinin iştirakçıları, veteranlar, gənclər,  kütləvi informasiya vasitələri iştirak etmişlər.

Mərasimdə Müdafiə Nazirliyinin məsul işçısı, polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbani, Həzi Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etmişlər. Natiqlər Həzi Aslanovun şərəfli döyüş və ömür yolundan söz açmış və Azərbaycanın qəhrəman oğullarının xatirəsinin həmişə yad olunduğunu, dövlət tərəfindən diqqət mərkəzində saxlandığını bildirmişlər.

Tədbirin sonunda mərasim iştirakçıları Həzi Aslanovun abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etmiş, xatirə şəkli çəkdirmişlər.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında