“Azərsu” ASC yeni tipli sayğacların quraşdırlımasını sürətləndirir

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, su itkilərinin və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirir.

İçməli su istehlakçıları olan əhali və qeyri-əhali qrupuna “smart-kart” tipli elektron sayğaclarının quraşdırılması ilə yanaşı,  bütün sukanal departamentlərinin xidməti ərazilərinin sərhəd nöqtələrində “fləns” və “zond”  tipli sayğacların  quraşdırılmasına başlanmışdır. Məlumat üçün bildiririk ki, bu sayğaclar hər bir xidmət ərazisinin giriş və çıxış xətləri üzərində quraşdırılmaqla müvafiq ərazidə içməli suyun həm istehlakı, həm də itkiləri müəyyənləşdirməyə imkan verəcək. Bununla da, hər bir sukanal departamenti üzrə verilən suyun faktiki həcmi, satılan suyun həcmi, yığım və itkilər barədə məlumatlar daha dəqiq şəkildə müəyyən olunacaq. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bütövlükdə Bakı şəhəri üzrə 270 giriş və çıxış nöqtəsində belə sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə ilkin mərhələdə Almaniya istehsalı olan  “fləns” tipli 166 ədəd KROHNE və Böyük Britaniya istehsalı olan “zond” tipli 91 ədəd ABB markalı su sayğacı alınmışdır.

Yeri gəlmişkən, bir ildən artıqdır ki, içməli su sektorunda “smart-kart” tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Ötən müddətdə “Azərsu” ASC üzrə 22 mini “smart-kart” olmaqla ümumilikdə 65 min ədəd su sayğacı quraşdırılmışdır.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında