İsmayıllı Rayon İcra Hakimiyyətinin məlumatı

 

Bu il yanvarın 23-də İsmayıllıda baş vermiş insident və bəzi destruktiv qrupların bu hadisəni siyasiləşdirmək, rayonda ictimai-siyasi sabitliyi pozmaq, dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması əyani şəkildə təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi heç vaxt dağıdıcı qüvvələrə meydan verməyəcəkdir.

Azərbaycanın inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bəzi daxili destruktiv qruplar və xarici anti-Azərbaycan dairələr təəssüf ki, öz təxribatçı fəaliyyətini davam etdirir, müxtəlif vasitələrlə məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Bu gün Rusiya Federasiyasının və Azərbaycanın bəzi kütləvi informasiya vasitələri guya İsmayıllı rayonunda yaşayan rus əhalinin, konkret olaraq, İvanovka kəndinin sakinlərinin sıxışdırılması, onların hüquqlarının pozulması və s. həqiqətə uyğun olmayan, tam yalan və qərəzli məlumat yaymışlar.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə seçilmiş, ölkəmizdə mövcud olan birgəyaşayış modeli bütün dünyada nümunə kimi qəbul olunmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllı rayonunda bir sıra xalqların nümayəndələri olduqca mehriban, qarşılıqlı hörmət şəraitində yaşayır, bu günə kimi onlara qarşı hər hansı ayrı-seçkilik halı müşahidə olunmamış, mövcud problemlərinin həlli üçün zəruri tədbirlər görülmüşdür. Buna görə də müxtəlif maraqlı dairələrin belə dezinformasiyalarla Azərbaycanda və ya onun ayrı-ayrı bölgələrində vəziyyəti gərginləşdirmək, milli ayrı-seçkilik toxumu səpmək cəhdləri heç vaxt baş tutmayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında