Məlumatların mühafizəsi mühüm məsələdir

 

Avropada  yanvarın  28-ni  Məlumatların Mühafizəsi Günü  kimi qeyd edirlər. Bu tarixin qeyd edilməsində məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini xatırlatmaqdır.

 Artıq fərdi məlumatların kompüter emalı vətəndaşlar üçün gündəlik həyata çevrilib. Bunlardan iş, inzibati rəsmiyyət, səhiyyə, alış-veriş, xidmət, səyahət sahələrini, internetdə naviqasiyanı və s. göstərmək olar. Məlumatların mühafizəsi şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək, ifadə və vicdan azadlığı kimi digər əsas hüquqların həyata keçirilməsinin birinci dərəcəli şərtidir.Bu tarixin seçilməsi heç də təsadüfi deyil.

Belə ki, məhz  28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən Strasburq şəhərində “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Konvensiya qəbul edildiyi gündən Avropada fərdi məlumatların mühafizəsi və məxfiliyinin qorunması üzrə əsas sənəd olub və hər bir ölkə tərəfindən imzalanmaq üçün açıqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan da sözügedən Konvensiyaya qoşulub.

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında