Gəmiçilik işçilərinin peşə bayramı qeyd olunmuşdur

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar dənizçilərin mədəniyyət evində keçirilən təntənəli yığıncağı giriş sözü ilə Gəmiçiliyin rəisi Aydın Bəşirov açmışdır. Natiq çıxışında bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq sərəncamla iyul ayının ilk bazar günü Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramıdır. Bu, böyük rəhbərin Gəmiçiliyimizə göstərdiyi diqqət və qayğının məntiqi davamı idi. Gəmiçilik işçiləri yaxşı bilirlər ki, əgər xalqımızın ümummilli lideri Heydər Əliyevin dəstəyi olmasaydı, nəinki bu bayramdan, heç Gəmiçiliyin varlığından söhbət gedə bilməzdi.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkə rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəniz nəqliyyatına həmişə böyük diqqətlə yanaşır, dənizçilərin problemləri, qayğıları ilə yaxından maraqlanır. Biz əminliklə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də dəniz nəqliyyatı respublika iqtisadiyyatının strateji sahəsi olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü nəhəng layihələr dəniz nəqliyyatının inkişafına da təkan verir, bu sahədə geniş perspektivlər açır.
A.Bəşirov göstərmişdir ki, ötən ilin oktyabrın 7-də Şuşanın adını daşıyan tankeri Bakıda qarşıladıq. Təntənəli mərasimdə möhtərəm Prezidentimiz də iştirak etdi, gəmi ilə tanış oldu, öz dəyərli tövsiyələrini verdi. "Şuşa" son yeddi ildə bizim "Krasnoye Sormovo" zavodundan aldığımız 10-cu, ümumilikdə isə 13-cü təzə gəmidir. İndi nəqliyyat donanmasının tərkibində 80 gəmi var. Bunlardan 37-si quru yük gəmisi və bərə, 43-ü isə tankerdir...
Hesabat dövründə Gəmiçilik daha bir böyük layihənin reallaşdırılmasını sona çatdırdı. Gəmiçiliyin öz qüvvəsi və dövlət büdcəsindən ayrılan vəsait hesabına Zığda yeni quru yük liman məntəqəsi inşa edildi. Bununla da 400 nəfərlik yeni iş yeri açıldı. Dövlət başçımız cənab İlham Əliyev cari il yanvarın 14-də Yaxt-klubda aparılan yenidənqurma işləri və quru yük liman məntəqəsinin tikinti işləri ilə yerində maraqlandı, tapşırıqlarını verdi və martın 16-da liman məntəqəsinin açılışında şəxsən iştirak etdi.
A.Bəşirov həmçinin vurğulamışdır ki, Azərbaycanın nəqliyyat kompleksində özünəməxsus yeri olan Gəmiçilik hər zaman qarşıya qoyulan tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır. Ötən il də dənizçilər yaxşı işləmişlər. Belə ki, 2009-cu ildə donanma ilə 13 milyon 189,8 min ton müxtəlif təyinatlı yüklər daşınıb. Bunlardan 9 milyon 864,5 min tonu tankerlərlə, 1 milyon 029 min tonu müxtəlif təyinatlı quru yük daşıyan gəmilərlə, 2 milyon 296,2 min tonu isə gəmi-bərələrlə həyata keçirilib. 2008-ci illə müqayisədə yükdaşımalarda artım 10,9 faiz təşkil edir.
Son bir ildə Gəmiçiliyin beynəlxalq miqyasda uğurları da nəzərəçarpan olmuşdur. Ötən ilin noyabrında Ukraynada Qara dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının - BİNSA-nın 13-cü toplantısı keçirilmiş, burada Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin aparıcı rol oynadığı göstərilmişdir...
Gəmiçiliyin rəisi çıxışında rəhbərlik etdiyi qurumda həyata keçirilən sosial tədbirlərdən, Kür və Araz çaylarında baş vermiş daşqınların ağır nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən, gəmiçilərin ağacəkmə kampaniyasında fəal iştirakından ətraflı bəhs etmişdir.
Tədbirdə ölkə Prezidenti İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunmuşdur.
Sonda bayram konserti verilmişdir.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında