Yeni Azərbaycan Partiyası Oğuzda gənclər üçün yay istirahət düşərgəsi təşkil etmişdir

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 2-dən 4-dək Oğuz şəhərində gənclər üçün yay istirahət düşərgəsi təşkil etmişdir.
"AFRA- otel" Kurort və Biznes Mərkəzində təşkil olunan düşərgədə partiyanın Bakı və Sumqayıt şəhər təşkilatlarının gənclər birliklərini təmsil edən 50 nəfərədək fəal iştirak edir.
Düşərgənin ilk günü oteldə gənclər üçün əyləncəli proqramlar təşkil edilmiş, onların maraqları çərçivəsində intellektual yarışlar (Breyn-rinq, şahmat, dama) keçirilmiş, həmçinin iştirakçılar Qəbələ şəhərində gəzintidə olmuşlar.
Proqrama uyğun olaraq, iyulun 3-də oteldə "Azərbaycanın bu günü və gələcəyi: gəncliyin sözü" mövzusunda konfrans-diskussiya keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, YAP Oğuz rayon təşkilatının nümayəndələri iştirak etmişlər.
Konfransın əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, yay istirahəti günlərində gənclərin həyatının ən maraqlı anlarından biri də vaxtaşırı təşkil olunan "yay məktəbləri"dir. Bu gün siz Azərbaycanın bu günü və gələcəyi ilə bağlı çox aktual bir mövzu müəyyənləşdirmisiniz. Hazırda ölkəmizdə cərəyan edən proseslər daha çox Azərbaycanın firavan və xoşbəxt gələcəyinin qurulması məqsədinə xidmət edir. Bu gün Azərbaycanda nə edilirsə, nə yaradılırsa, nə qurulursa, nələrin əsası qoyulursa, bunların hamısı xoşbəxt, firavan gələcəyimiz üçündür. Prezident İlham Əliyevin fəaliyyəti və siyasəti də məhz bu əhəmiyyətli, vacib, ülvi amallara xidmət edir.
Partiyanın sədr müavini bildirmişdir ki, hər bir cəmiyyətin gələcəyi gənclər olduğundan, Azərbaycanın da gələcəyi gənclərə məxsusdur. Bugünkü gənclik gələcəkdə, bir neçə ildən sonra bütün sahələrdə söz sahibi olan vətəndaşlara çevriləcəkdir. Partiyamızın daxili demokratikliyi həm də onda öz ifadəsini tapır ki, Azərbaycanın həm bu gününün, həm də gələcəyinin qurulmasında, inkişaf etdirilməsində ölkəmizin bütün vətəndaşları ilə yanaşı, gənclərimiz də yaxından iştirak etsinlər. Gələcək gənclərə məxsusdur. Gələcəyin necə olması isə təbii ki, gəncləri daha çox maraqlandırır. O gələcək ki, gənclərə mənsub olacaq, yaxşı olar ki, həmin gələcəyin yaradılmasında və qurulmasında gənclərin özləri də yaxından iştirak etsinlər.
Konfransda Milli Məclisin deputatları Mübariz Qurbanlı, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşmüş, gənclərə tövsiyələrini bildirmişlər.
Diskussiya şəraitində keçən konfransda gənclər çıxış edərək mövzuya münasibətlərini bildirmiş, YAP sədrinin müavini və Milli Məclisin deputatları onları maraqlandıran suallara aydınlıq gətirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında