Ermənistan silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar

 

 

Ermənistan silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, erməni silahlı bölmələri yanvarın 27-də və 28-də gecə Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.

Erməni silahlı birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Cəvahirli kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında