Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 12,4 faiz artmışdır

 

Dövlət Sosial Müdafiə Fondundan bildirmişlər ki, fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2012-ci il ərzində 12,4 faiz artmışdır.  Hesabat dövründə əlavə olaraq 1520 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmış və nəticədə 2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 13 744 nəfərə  yüksəlmişdir.

Fonddan aldığımız məlumatda bildirilir ki, 2006-cı il yanvar ayının 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.  Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,21 faizini kişilər,  9,79 faizini isə qadınlar təşkil edir.  Ümumilikdə 96 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (8001 nəfər) üzrə müşahidə olunur.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1587 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 710  nəfərə çatmışdır.  Sonrakı yerlərdə 458 nəfərlə İran İslam Respublikası, 299 nəfərlə Hindistan, 286 nəfərlə Çin Xalq Respublikası qərarlaşıb.  Böyük Britaniya və Şimali İrlandiya Krallığından 196, Özbəkistandan 166, Bosniya və Hersoqovinadan 128, Pakistan İslam Respublikasından 125, Almaniyadan 116, Ukraynadan 113,  Filippindən isə 109 nəfər fərdi uçota götürülmüşdür. Say göstəricisinə görə sonuncu yerlərdə İtaliya (94),  Türkmənistan (93), Malayziya (89),  Qazaxıstan (86),  ABŞ (73) və s. ölkələr gəlir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında