"Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları" kitabı çap edilmişdir

Milli Arxiv İdarəsi "Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları (1920-1922-ci illər)" kitabını çap etdirmişdir.
Bu nəşr və 1988-ci ildə işıq üzü görmüş "Azərbaycan İnqilab Komitəsinin dekretləri (1920-1921-ci illər)" toplusu Azərbaycanda sovet hakimiyyətinin yaranması şəraiti və səbəblərini öyrənmək üçün mötəbər mənbələrdir. Məhz bu dekretlər və protokollarla dərindən tanış olduqda görürük ki, sovet totalitar rejimi Rusiyada olduğu kimi, Azərbaycanda da öz ağalığını əsasən üç istiqamətdə qurmuşdur: hakimiyyət uğrunda mübarizə və dövlət quruculuğu; ölkə ərazisində iqtisadiyyat üzərində totalitar idarə üsulu; siyasi və ideoloji iş sahəsində bütün vasitələrin rejimin əlində cəmləşdirilməsi.
"Çaşıoğlu" nəşriyyatında çapdan çıxmış ikihissəli nəşrə Azərbaycan İnqilab Komitəsinin 66, Xalq Komissarları Sovetinin 82 protokolu və onlara əlavələr daxil edilmişdir.
Nəşr çapa Azərbaycan Respublikası Dövlət Arxivinin sənədləri əsasında tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi və iştirakı ilə hazırlanmışdır. A.Paşayev həm də müqəddimənin müəllifi və kitabın məsul redaktorudur.
Hər iki hissədə sənədlər ümumi şəkildə nömrələnmiş, xronoloji ardıcıllıqla sıralanmışdır.
Elmi məlumat aparatına qeydlər, əlifba, coğrafi göstəricilər və ixtisar olunmuş sözlərin siyahısı daxildir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında