Xalq arasında xəyanətkar, hiyləgər, qəddar düşmənlərimizə olan sonsuz nifrətdən doğan belə bir məsəl var ki, erməni olmaq üçün heç də erməni kimi dünyaya gəlməyə ehtiyac yoxdur. Yəni insan gördüyü mənfur işlərlə, dağıdıcı əməlləriylə, xəyanətkarlığıyla da ermənilərə bənzəyə bilər. Fakt budur ki, xalq arasında Sülh və Demokratiya İnstitutunun direktoru, “hüquq müdafiəçisi” Leyla Yunus həm əməlləri ilə, həm də ermənilərlə yaxın qohumluğu səbəbiylə bir çoxları tərəfindən bu adla anılır.
“El gözü tərəzidir” — deyiblər. Bu mənada, Leyla Yunusun ermənilərə bənzədilməsi məsələsində kimisə günahlandırmağa əsasımız yoxdur. Leyla Yunusun öz həmkarlarının da onun haqqında çox mənfi fikirdə olması çox şeylərdən xəbər verir. Belə anlaşılır ki, ölkəmizdə “hüquq müdafiəçisi” haqqında müsbət rəyə malik insan yoxdur. İctimaiyyət birmənalı şəkildə Leyla Yunusu erməni təfəkkürü ilə hərəkət edən, ölkəmizə qarşı məhz ermənilərə xas yanaşma tərzi ortaya qoyan bir “hüquq müdafiəçisi” kimi tanıyır, onu bu cür qiymətləndirir. Həmkarları da onu “qəddar”, “isterikaçı”, “Azərbaycanın düşməni” adlandırırlar.
Keçən ilin sonlarında hüquq müdafiəçisi Novella Cəfəroğlu Leyla Yunus barədə danışarkən kəskin fikirlər səsləndirərək demişdi ki, Sülh və Demokratiya İnstutunun direktoru Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni və Avropa Şurasının siyasi məsələlər üzrə direktorluğunun başçısı Aleksandr Gessellə keçirilən görüşdə özünü kobud apararaq, artistizm nümayiş etdirib: “Görüşdə iştirak edən Sülh və Demoktariya İnstitutunun rəhbəri Leyla Yunus digər iştirakçıların şözünü kəsərək onların çıxışlarına kobudcasına müdaxilə edirdi. Beləliklə də, bizim qonaqlarla apardığımız söhbət onun isterik qışqırıqları ilə müşaiyət olunurdu. L.Yunusun özünüreklam məqsədilə verdiyi informasiyadan da aydın görünürdü ki, o, özünü cilovlamağı lazım bilmirdi. “Mən özümü saxlaya bilmədim...”, “Mən qışqırığa keçirəm...”, “Mən sadəcə qışqırıram...Mən müdaxilə edirəm...” və sair bu kimi digər ifadələr onun şəxsiyyətindəki ciddi çatışmazlıqları ortaya qoyur. Təbii ki, yaranmış belə bir mühitdə sivil qaydada diskussiya aparmazlar”.
Leyla Yunusun təxribatçı əməllər törətməkdə “peşəkarlaşdığını”, mənəm-mənəmlik xəstəliyinə tutulduğunu bildirən N.Cəfəroğlunun sözlərinə görə, görüşdən sonra Yunus görüş haqqında “stenoqram” adı altında yanlış, alayarımçıq informasiyanı kütləvi informasiya vasitələrinə, xüsusilə, “Azadlıq” qəzetinə yayaraq cəmiyyətdə çaxnaşma yaratmağa çalışıb. Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də L.Yunusun çox zaman isterik davranışlara yol verdiyini bildirirlər. Onlar belə hesab edirlər ki, L.Yunusun bu kimi davranışları özünüreklam məqsədi daşıyır və həmin özünüreklam vasitəsilə donorlar əldə etmək istəyən “hüquq müdafiəçisi” ən rəzil yollara gedir. Əgər bir adam ölkəsinin milli maraqlarını düşmənə belə satmağa hazırdırsa, ondan daha pis əməlləri də gözləmək olar.
Digər maraqlı bir məqam da ondan ibarətdir ki, əvvəllər Leyla Yunusla yaxın münasibətdə olanlar, bir müddət sonra onun hiyləgərliklərindən, hərəkətlərindən bezərək “hüquq müdafiəçisi”ndən sözün həqiqi mənasında qaçmağa çalışırlar. Onlardan biri də Arzu Abdullayevadır. “Leyla Yunusu tanıdıqca anladım ki, o, düşündüyüm insan deyil”. Bu sözlərin müəllifi olan Arzu Abdullayeva Leyla Yunusun xəyanətlərlə dolu rəngarəng obrazını təsvir edərkən sözünə belə davam etmişdir: “AXC hakimiyyətə gələndə Müdafiə Nazirliyində Leyla Yunusa vəzifə verdilər. Vəzifə böyük olmasa da, səlahiyyətləri çox idi. Demək olar ki, o, Müdafiə Nazirliyində ikinci adam hesab olunurdu. Onu hətta polkovnik Yunusova da çağırırdılar. Leyla Yunus vəzifəsindən sui-istifadə edərək çoxlu sayda insanın hüquqlarını pozmuşdu. Hətta jurnalistləri hədələyib, kimisini də sillələyib. Evində suyu olmadığından əsgərləri göndərib mənzil istismar xidmətinin rəisini döydürüb və sonra onu zibilliyə atıblar. Bir dəfə isə AXC-yə həmişə yardım edən Kamran adlı bir biznesmenin əlindən kompyuterlərini aldırıb. Həmin Kamran da Hikmət Hacızadənin dostu idi. Sonra Hikmət işə qarışıb, bundan sonra kompyuterləri qaytarıblar. Bir dəfə də beynəlxalq təşkilatlardan birinin nümayəndəsi olan Piter Sauman adlı şəxslə Dağlıq Qarabağın ermənilər nəzarət edən hissəsinə gedirdik. Ondan xahiş etdik ki, Xankəndinə Ermənistan ərazisindən yox, Azərbaycan tərəfdən gedək. Çünki Qarabağ Azərbaycan torpağıdır. Müdafiə Nazirliyinin rəhbərliyi də məsələyə öz razılığını vermişdi. Sərhədə gələndə isə bizi həbs etdilər və dedilər ki, Leyla Yunus əmr verib. Hər ikimiz dəhşətə gəldik ki, insan necə dəyişə bilər”.
Bəli, sürətlə dəyişmək, cilddən-cildə girmək erməni xüsusiyyətidir. Bu isə Leyla Yunusda kifayət qədər var. Azərbaycanın paytaxtında, azərbaycanlıların önündə Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləmək tərbiyyəsizliyini göstərən bir şəxsi erməni adlandıran cəmiyyətimizi necə qınaya bilərik?! Bu, Leyla Yunusun Azərbaycana, Azərbaycan xalqına məhz ermənilər kimi yanaşmasının sübutu deyilmi?! Bəs, Azərbaycan “Eurovision-2012” kimi möhtəşəm musiqi müsabiqəsinə ev sahibliyi etdiyi günlərdə erməni lobbisinin nümayəndələri kimi vurnuxan Leyla Yunusun hərəkətlərinə nə ad vermək olardı? Həmin günlərdə anti-Azərbaycan dairələri, o cümlədən bir sıra ermənipərəst qüvvələr ölkəmizin əleyhinə çirkin kampaniya aparırdılar. Onlar ölkəmizdə baş tutan bu möhtəşəm tədbirə kölgə salmaq, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olmuşdular. Bu işdə isə həmişəki kimi yenə də ön sırada hər zaman xarici dairələrin maraqlarını ölkəmizdə reallaşdıran işbazlar yer almışlar. Konkret desək, onlar fəaliyyətləri ancaq Azərbaycana nifrət üzərində qurulan Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı, Demokratik Jurnalistika Məktəbi, “Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” təşkilatı və başqa adlar altında fəaliyyət göstərən təşkilatlarda birləşmişdilər.
Bu təşkilatların əsas hədəfi isə ölkəmizdə keçiriləcək “Eurovision-2012” mahnı yarışmasına qara yaxmaqdan ibarət idi. Ermənipərəst Leyla Yunusun başçılığı ilə hərəkət edən bu insanlar Azərbaycanda guya azad sözün, azad fikrin olmadığını təbliğ edirdilər, “Eurovision” kimi beynəlxalq əhəmiyyətli bir yarışmaya ölkəmizin ev sahibliyi etmək iqtidarında olmadığı barədə car çəkirdilər. Onların səsləndirdiyi yalan iddialar tamamilə erməni tezisləri üzərində qurulmuşdu. Amma hər zaman olduğu kimi, bu dəfə də onların “oxu” daşa dəydi, bütün dünya ictimaiyyəti, həmin tədbirdə iştirak edən şəxslər ölkəmizin iqtisadi inkişafını yüksək dəyərləndirdilər, Azərbaycanın demokratik prinsiplər istiqamətində inkişaf etdiyini ifadə etdilər. Belə demək mümkündürsə, həmin müsbət fikirlər başda Leyla Yunuslar olmaqla bütün anti-Azərbaycan kampaniyası iştirakçılarına tərs şillə kimi dəydi.
Leyla Yunus ötən il açıqlama verərək özünün necə xəyanət timsalı olduğunu bir daha sübut etdi: “20 ildir ki, deyirlər biz erməniyik. Mən bu ilin sonuna qədər elə şeylər yazacam ki, bizə nəinki erməni deyəcəklər, hətta başqa ittihamlar da səsləndirəcəklər”. Bəli, “hüquq müdafiəçisi” dediyini etdi və növbəti “erməni layihəsinə” imza atdı. Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Sülh və Demokratiya İnstitutunun və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının nəticəsi olaraq www.publicdialogues.info adlı birgə sayt yaradıldı. “İctimai müzakirələr” adlandıran layihənin əsas məqsədi, guya, erməni və Azərbaycan ictimaiyyəti arasında qarşılıqlı inamın bərpa edilməsidir. Bu saytın hansı məqsədə xidmət etdiyini və kimlərin dəyirmanına su tökdüyünü isə yaydığı ilk müsahibədən də görmək olardı. Ermənilərin təbliğat maşını işə düşən kimi “azərbaycanlı” və erməni jurnalistlər Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovanisyandan müsahibə aldılar. Partiya lideri əvvəldən müəyyənləşdirildiyi kimi, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini dərhal “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməklə ilk təbliğat və təxribat xarakterli açıqlamanı verdi. Gələcəkdə Azərbaycan dövlətçiliyinə, onun ərazi bütövlüyünə, suverenliyinə qarşı olan bundan da betər açıqlamalarla qarşılaşa bilərik. Çünki bu saytın məqsədi, hər hansı icma arasında ünsiyyət yaratmaq deyil, Azərbaycan ictimaiyyətini çaşdırmaq, bu məkanda erməni təbliğatını həyata keçirməkdir. Buna şərait yaradan isə yenə ermənipərəst Leyla Yunusdur.
Sülh və Demokratiya İnstitutunun rəhbəri iddia edirdi ki, Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-dək davam edəcək qış sessiyasında Azərbaycanı “çətin sınaqlar gözləyir”. Açıqlamasından belə anlaşılır ki, L. Yunus Azərbaycandakı “sayseçmə” azsaylı ermənipərəst QHT rəhbərlərləri və xaricdəki erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə ölkəmizə qarşı anti-
təbliğat kampaniyası aparmaq üçün Strassburqa yollanıblar. Məqsəd AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin islamafobiyadan “bəhrələnən” və heç bir əsası olmadan hazırlanan məruzəsinə dəstək vermək idi. Sonda nə oldu? AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması ermənilərin və Leyla Yunusun bütün planlarını alt-üst etdi. Çünki K.Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı fikirləri heç bir zaman həqiqəti əks etdirməyib. Əgər belə olmasaydı Assambleyada təmsil olunan 125 deputat qətnamə layihəsinin əleyhinə səs verməzdi.
Göründüyü kimi, “hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Əslində, özü də etiraf edib ki, onun ermənilərlə işbirliyinin tarixi “qədimdir”. Demək ki, hər dəfə Azərbaycan xalqının, dövlətinin əleyhinə aparılan kampaniyaların mənbəyi də elə ermənilərə və ya ermənipərəst anti-Azərbaycan dairələrə gedib çıxır. Bu zaman sual meydana çıxır, görəsən, L.Yunus bütün bu illər ərzində ermənilərlə dostluq, müttəfiqlik etdiyi müddətdə hüquqi cəhətdən də olsa, Azərbaycan vətəndaşı olduğunu xatırlayırmı? Bu ölkədə yaşadığını, öz xalqını satdığını anlayırmı? Yoxsa, pul, mal-dövlət, erməni lobbisinin onun üçün xarici ölkələrdə yaratdığı şərait, anti-Azərbaycan dairələrindən aldığı qrantlar gözünü o qədər bağlayıb ki, artıq heç nəyi görmür?
Azərbaycan vətəndaşının ən birinci vəzifəsi öz xalqının, dövlətinin marağını qorumaqdır. Əgər kimsə bu xalqın marağını, mənafeyini belə ucuz şəkildə satırsa, deməli, onun bu cəmiyyətə, bu ictimaiyyətə dəxli yoxdur və o, özünü azərbaycanlı hesab edə bilməz. Əslində, Leyla Yunus kimilərinin fəaliyyəti yalnız ermənipərəst dairələrin pulu qarşılığında nökərçilikdən ibarətdir. Bu gün Leyla Yunusu və erməniləri, o cümlədən daxilimizdəki anti-milli qüvvələri narahat edən beynəlxalq aləmdə Azərbaycanın maraqlarının güclü şəkildə qorunması, dövlətimizin bütün dünyada tanınması, iqtisadi qüdrətimizin artması, vətəndaşlarımızın sosial rifahının yüksəlişi və ən əsası Ermənistan —Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində üstün bir mövqeyə malik olmağımızdır. Ermənilərlə işbirliyində olan Leyla Yunusu narahat edən də Azərbaycanın Ermənistanı üstələməsi, haqq səsini dünyaya çatdırmasıdır. Elə bu səbəbdən də körpə qatillərinin yanında yer alan, soyqırımı törədənlərin oyuncağına çevrilən Leyla Yunusun özünün belə özünə azərbaycanlı deməyə mənəvi haqqı çatmır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.