Yaxın illərdə AZAL uçuş coğrafiyasını genişləndirəcək

 

Yaxın bir neçə il ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş coğrafiyasını genişləndirmək niyyətindədir.

 Bu barədə “APA -Economics”ə AZAL-ın İstehsal-Koordinasiya İdarəsinin rəisi Natiq Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni kompleks inşa olunur və  kompleksin istifadəyə verilməsi aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi üçün şərait yaradacaq: “Hazırda Azərbaycan və Çin arasında Bakı-Pekin aviareysinin açılması istiqamətində danışıqlar aparılır. Eyni zamanda, AZAL Bakı–Nyu-York birbaşa aviareysin açılması istiqamətində ABŞ-la danışıqlar aparır ki, cari ilin aprel ayında bu danışıqlar intensiv fazaya keçəcək”.

N.Qəmbərov onu da əlavə edib ki, AZAL həmçinin Şərq istiqamətində yeni aviareyslərin açılmasında maraqlıdır və gələcəkdə Bakıdan Banqkoka (Tailand) və digər istiqamətlərə birbaşa aviareyslərin açılması planlaşdırılır.

AZAL rəsmisi əlavə edib ki, bir sıra Avropa ölkələri AZAL-ın həmin ölkələrin şəhərlərinə Bakıdan birbaşa aviareyslər açmasında maraqlıdır və hazırda AZAL bu təklifləri və istəkləri nəzərdən keçirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında