Səbaillilərin ağacəkmə iməcilikləri davam edir

Prezident İlham Əliyevin ölkədə mövcud ekoloji problemlərin aradan qaldırılması, respublikamızın bütün bölgələrində, eləcə də Bakı və Abşeron yarımadasında ekoloji tarazlığın bərpası və insanların sağlamlığının təmin edilməsi, Azərbaycanın yaşıllıqlar diyarına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlər 2010-cu ili "Ekologiya ili"elan etməsi Səbail rayonunun təbiətsevərlərini xeyli fəallaşdırmışdır.
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq yaşıllıq işlərinin aparılması nəzərdə tutulan ərazilər müəyənləşdirilmiş, burada əkiləcək ağacların suvarılması məsələsi həll olunmuş, ərazilər idarə, təşkilat və təhsil müəssisələri arasında bölünmüşdür. Keçən ilin noyabr ayından bəri hər həftə keçirilən iməciliklər zamanı Səbail rayonunda 25 minə yaxın ağac əkilmişdir. Bu iməciliklərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji və İqtisad universitetlərinin, Dənizçilik Akademiyasının, rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri fərqlənmişlər. Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət buxtasının torpaqlarının təmizlənməsi və burada pozulan ekoloji tarazlığın bərpası daim ölkə başçısının diqqət mərkəzindədir. Buxtanın təmizlənməsi və yaşıllaşdırılması istiqamətində Dövlət Neft Şirkəti də bir sıra tədbirlər həyata keçirmişdir. Artıq "Bibiheybətneft"NQÇİ-nin ərazisində 216 hektar ərazi rekultivasiya olunmuş, payız mövsümündə burada 15 min, ümumilikdə isə 60 minə yaxın ağac əkilmişdir. Neftçilərin gündəlik qulluq etdiyi bu ərazilər görkəmini sürətlə dəyişərək gözəl bir parka çevrilməkdədir. Bu il mart ayının 19-da ölkə başçısı İlham Əliyev "Bibiheybətneft" NQÇİ-nin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olmuş, müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Yazın gəlişi ilə bağlı rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. Aprel ayının ilk şənbə günü yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq olunması və ərazinin abadlaşdırılması məqsədilə Səbail rayonunda növbəti iməcilik keçirilmişdir. Rayonun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələri kollektivlərinin cəlb olunduğu iməcilik sürüşməyə meyilli Bayıl yamacını, Şıx çimərliyi zonasındakı "Dostluq parkı"nı, Bibiheybət və Badamdar qəsəbələrinin əsas magistral yol kənarlarını əhatə etmişdir. 600-dən artıq insanın iştirak etdiyi iməcilikdə 2 min ədəd Eldar şamı, kiparis, zeytun və s. ağaclar əkilmişdir. Həmin gün əvvəl əkilmiş 2 min ağaca qulluq göstərilmişdir. Bayıl yamacı və "Dostluq parkı" ilə yanaşı, paytaxtdan cənub-qərb istiqamətinə çıxışda olan Qurban Abbasov və Mikayıl Hüseynov küçələrində təmizlik-abadlıq işləri də aparılmışdır.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, ağaclara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur. Park və istirahət güşələrinin sanitar vəziyyətinə xüsusi fikir veriləcək, burada sakinlərin və şəhərimizin çoxsaylı qonaqlarının normal istirahəti üçün tədbirlər görüləcək.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında