İndoneziya Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır

Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev dekabrın 14-də İndoneziya Parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Marzuki Əli ilə görüşmüşdür.

{nl}

Səfirlikdən bildirmişlər ki, İ.Hacıyev Azərbaycanın geostrateji mövqeyi, dinamik inkişafı, dünya birliyinə inteqrasiyası barədə qarşı tərəfi məlumatlandırmışdır.
Diplomat Yeni Azərbaycan Partiyasının İndoneziyanın nüfuzlu partiyaları, o cümlədən iqtidardakı Demokratik Partiya ilə əməkdaşlıq qurmaq təşəbbüsü ilə çıxış etdiyini bildirmişdir.

{nl}

Son illərdə ölkələrimizin əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran İ.Hacıyev İndoneziyanın Azərbaycanda səfirliyinin açılmasının əməkdaşlığımızı gücləndirəcəyini bildirmiş, sədrdən məsələnin həllinə dəstəyini xahiş etmişdir.

{nl}

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, İndoneziyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirmişdir.

{nl}

Nümayəndələr Palatasının sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ona ünvanladığı təbrik məktubuna görə minnətdarlığını bildirmiş, azərbaycanlı həmkarını İndoneziyaya səfərə dəvət etmiş, Nümayəndələr Palatasının sədr müavininin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını demişdir.

{nl}

M.Əli Yeni Azərbaycan Partiyası ilə Demokratik Partiya arasında əlaqələrin qurulmasını dəstəkləmiş, YAP rəhbərliyini İndoneziyaya səfərə dəvət etmişdir.
Sədr Azərbaycan-İndoneziya əməkdaşlığının genişlənəcəyinə ümidvar olduğunu bildirmiş, İndoneziyanın Azərbaycanda səfirliyinin açılmasına səy göstərəcəyini vəd etmişdir.

{nl}

Asiya Ölkələri Parlamentləri Assambleyasının sədri olaraq M.Əli 2010-cu ildə təşkilatın Dəməşqdə keçiriləcək toplantısında Azərbaycan nümayəndə heyətinin iştirakına ümid etdiyini bildirmişdir.

{nl}

Səfirliyin hazırladığı Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar və disklər İndoneziya Nümayəndələr Palatasının sədrinə təqdim edilmişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında