Tələbələr ön cəbhədə xidmət edən əsgərlərin görüşünə gedirlər

 

Gənclər və İdman Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirlik orduda xidmət edən gənclərin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iştirakı ilə mütəmadi olaraq görüşlər keçirir.

Növbəti belə görüşlərdən birinin 2013-cü il yanvarın 29-da  bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə fevralın 2-də Azərbaycan gəncləri günü münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə  keçirilməsi nəzərdə tutulur.

Tədbirin keçirilməsində əsas məqsəd, cəbhə bölgəsində xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə kömək etməkdir.

Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil ediləcək, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri veriləcək.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında