ANAMA və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanmışdır

 

Bu gün Bakıda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında əməkdaşlıq sazişi imzalanıb.

APA-nın məlumatına görə, sazişi ANAMA-nın direktoru Nazim İsmayılov və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak imzalayıblar.

Tədbirdə çıxış edən ANAMA-nın direktoru Nazim İsmayılov rəhbərlik etdiyi təşkilatın ölkədə və xaricdə fəaliyyətindən danışıb. N.İsmayılov qeyd edib ki, ANAMA tək minatəmizləmə ilə məşğul olmur. Eyni zamanda, mina təhlükəsinə dair maarifləndirmə, habelə minadan zərərçəkənlərə yardımın göstərilməsi sahəsində işlər aparır. Orta məktəblərdə Agentliyin hazırladığı mina təhlükəsinə dair maarifləndirmə dərsliyinin tədrisi nəticəsində uşaqlar arasında mina və PHS-dən zərər çəkənlərin sayı sıfıra enib. Eyni zamanda, BMqT və digər beynəlxalq təşkilatların xətti ilə minadan zərər çəkənlərə öz bizneslərini qurmaq, məşğulluğu təmin etmək üçün cüzi faizlə kreditlər verilir.

N.İsmayılov qeyd edib ki, ANAMA ötən dövrdə Türkiyədə minatəmizləmə əməliyyatlarında iştirak edib. Xarici ölkələrin müvafiq qurumlarının əməkdaşları üçün təlim kursları təşkil edib.

 ANAMA direktoru qeyd edib ki, ölkə ərazisində mina və PHS təhlükəsi olan ərazilərdə əməliyyatlar davam etdirilir: “Bizim qarşıdakı mühüm hədəfimiz işğal altındakı ərazilər azad ediləndən sonra orada aparılacaq əməliyyatlardır. İşğal altındakı ərazilərdə 800 milyon kvadratmetr ərazi təhlükəlidir. Dünya Bankı ilə birgə aparılmış tədqiqatlara görə, bu ərazilərin təmizlənməsi üçün 12 il vaxt və 1 milyard dollardan artıq vəsait lazımdır”.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə bildirib ki, təmsil etdiyi qurum müxtəlif sahələrdə fəaliyyət göstərir. Təşkilatın fövqəladə hallar aradan qaldırıldıqdan sonra əhalinin normal yaşayışını təmin etmək üçün minatəmizləmə fəaliyyətlərinə dəstək verir, ehtiyacı olan insanlara humanitar yardımlar göstərir.

Saziş çərçivəsində iki istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulur. Bunlardan birincisi mina aksiyasıdır. Burada toplanmış sursatların məhvinin həyata keçirilməsi, mina təmizləmə, minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya, məlumatlandırma, mina təhlükəsinə dair maarifləndirmə tədbirləri nəzərdə tutulur. İkinci istiqamət isə mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası (bura quruculuğa dəstək, humanitar yardımların göstərilməsi, münaqişədən sonra yenidənqurma və s.) sayılır.

Tədbirdə ANAMA tərəfindən minadan zərərçəkənlərə göstərilmiş yardımlara həsr olunmuş videoçarx nümayiş etdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında