“Ukraine International Airlines” şirkəti Kiyev-Bakı-Kiyev aviareyslərinə başlayır

 

Fevralın 12-dən etibarən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti (“Ukraine International Airlines”) Kiyev-Bakı-Kiyev aviareysi üzrə birbaşa uçuşlara başlayacaq.

 “APA -Economics”in məlumatına görə, bu barədə Bakıda səfərdə olan aviaşirkətin prezidenti Yuri Miroşnikov bildirmişdir.

 Aviaşirkətin vitse-prezidenti Sergey Fomenko isə qeyd etmişdir ki, Kiyevdən Bakıya uçuşlar hər həftənin II, IV və VI günləri yerli vaxtla saat 00:50-də, Bakıdan Kiyevə isə III, V və VII günləri saat 07:05-də “Boeing-737” tipli avialaynerlə yerinə yetiriləcək.

Qeyd edək ki, bundan öncə Kiyev-Bakı-Kiyev aviareysini Ukraynanın “Aerosvit” şirkəti yerinə yetirirdi. Lakin dekabrın sonunda “Aerosvit” şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflası barədə işin başlanmasına dair qərar qəbul etmişdir. Yanvar ayında “Aerosvit” Kiyev-Bakı-Kiyev aviareysləri üzrə uçuşları dayandırmışdır.

Xatırladaq ki, Bakı-Kiyev-Bakı aviareysini həftədə 4 dəfə həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) yerinə yetirir.

Qeyd edək ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti 1992-ci ildə dövlət tərəfindən yaradılmış və 2011-ci ildə özəlləşdirilmişdir. Hazırda aviaşirkət Kiyevdən Cenevrə, London, Paris, Nitsa, Brüssel, Madrid, Barselona, Almatı, Dubay, Təl-Əviv, Lissabon, Amsterdam, Berlin, Tbilisi, Milan, Roma, Frankfurt, Sürix, İrəvan, Helsinki, Samara, Moskva və Vyanaya aviareyslər yerinə yetirir. Aviaşirkətin parkı 21 ədəd “Boeing-737” təyyarədən ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında