Fövqəladə Hallar Nazirliyi Gəncədə zona müşavirəsi keçirmişdir

 

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində qərb bölgəsi üzrə yerli qurumları rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu tədbirin digər regionlarda keçirilən müşavirələrin davamı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, əsas məqsəd regionlarda Fövqəladə Hallar Nazirliyinin funksiyalarına daxil olan məsələlərin gedişi vəziyyətini müzakirə etməkdir. Hazırda ölkədə böyük quruculuq işləri gedir və istər sənayedə, istər kənd təsərrüfatında, istərsə də iqtisadiyyatın digər sahələrində böyük nailiyyətlər qazanılır.

Xüsusilə ölkənin inşaat sektorunda yüksək nailiyyətlər əldə edildiyini bildirən fövqəladə hallar naziri bu sahəyə nəzarətin gücləndirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, inşa edilən hər bir obyekt, xüsusilə çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin edilməsi qarşıda duran ən mühüm məsələlərdəndir. Binaların qaz, işıq, su, eləcə də lift təsərrüfatının qaydalara uyğun təminatı sahəsində buraxılan ciddi nöqsanlar təcili olaraq aradan qaldırılmalıdır. Bu məqsədlə bir sıra qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi, eləcə də “Azərenerji” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri ilə məsləhətləşmələr aparılmış, bu sahədə mövcud nöqsanların aradan qaldırılması üçün bir sıra təbliğat və təşviqat işlərinə başlanılmışdır.

Müşavirədə əhalinin şikayət və təkliflərinə vaxtında baxılması, əvvəllər tikilmiş çoxmərtəbəli binaların infrastrukturunun tələblərə uyğunlaşdırılması sahəsində görülən işlər barədə də ətraflı söhbət getmişdir.

Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli idarələri rəhbərlərinə tapşırıqlar verilmiş, qış mövsümündə əhalinin təhlükəsizliyinin təminatı üçün qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır.

Müşavirəyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov yekun vurmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında