Çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirləri gücləndirilmişdir

 

 

İstehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirmişdir.

Dövlət Komitəsindən aldığımız məlumatda deyilir: “Xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayaraq, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 605 nömrəli Fərmanı ilə yaradılmış Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticəsi olaraq 261 sahibkarlıq subyektində normativ sənədlərin tələblərinin pozulduğu və çatışmazlıqlar aşkar edildiyinə görə, nöqsanlar aradan qaldırılanadək məhsulların istehsalı və satışı qadağan edilmişdir. Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələrinin payına düşür”.

2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 15) yaradılmışdır. Dövlət Komitəsində imzalanmış müvafiq əmrə əsasən TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunurlar.

Məlumatda daha sonra bildirilir ki,Texniki Komitə tərəfindən hazırda “Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər” standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcəkdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında