HƏZİ ASLANOVUN XATİRƏSİ ANILIB

Yanvarın 22-si II Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Bu münasibətlə Lənkaranda qəhrəmanın adını daşıyan  Xatirə parkında təntənəli anım mərasimi keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərin müəllim  və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin qatıldığı  tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli dünyaca məşhur general H.Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, qəhrəmanlıqlardan danışaraq qeyd etmişdir ki, onun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, qürur yeri, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, igid, cəsur olmalı, vətəni onun kimi layiqincə qorumalıdır.

Tədbirdə Böyük Vətən Müharibəsinin veteranı, rayon Veteranlar Şurasının üzvü İsfəndiyar Bağırov, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Cənub bölgəsinin sədri Əlisəfa Ağayev, “N” saylı hərbi hissənin əsgəri Nahid Əliyev çıxış edərək bildirmişlər ki, Həzi Aslanov II Dünya Müharibəsinin  ən bacarıqlı, ən qüdrətli sərkərdələrindən biri olub. Onun müharibədə keçdiyi mətin və mübariz yol bu gün gənclərimizin hərbi vətənpərvərlik  tərbiyəsi istiqamətində böyük önəm daşıyan həyat məktəbidir.

Tədbirin sonunda şəhər 3,4,5 və Sütəmurdov kənd tam orta məktəblərinin “Gənc Aslanovçu”ların hazırladıqları “Həzi burda doğulub” adlı kompozisiya göstərilmişdir.

"Xalq qəzeti" 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında