Beynəlxalq Əmək Təşkilatı: Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı düşmüşdür

 

Ermənistanda isə gənclərin 39,1 faizi işsizdir

Azərbaycan gənclər arasında işsizlik səviyyəsini azaltmağa müvəffəq olub. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının açıqladığı “Qlobal məşğulluq tendensiyaları 2013” adlı hesabatda bildirilir.

Hesabata əsasən, ölkədə gənclər arasında işsizlik səviyyəsi 2000-ci ildə 18,4 faiz təşkil edib və hazırda bu rəqəm 11 faizə düşüb.

“Digər MDB ölkələri və Gürcüstan isə gənclərin işlə təmin olunması sahəsində problemlərlə üzləşməkdə davam edir. Ermənistanda gənclər arasında işsizlik səviyyəsi 39,1 faiz təşkil edir. 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizlik səviyyəsinin 17,3 faiz (kişilər) və 17,7 faiz (qadınlar) olacağı proqnozlaşdırılır”.

Hesabatda qeyd olunur ki, regionda əmək bazarında mövcud olan əsas problem qeyri-rəsmi məşğulluqdur. Qeyri-rəsmi məşğulluğun artması əmək şəraitinin pisləşməsinə səbəb olur.  Bu göstərici Qafqaz və Mərkəzi Asiya respublikalarında daha kəskin nəzərə çarpır. 2000-ci illə müqayisədə gənclərin qeyri-rəsmi məşğulluq səviyyəsi Gürcüstanda 30 faizdən 37 faizə qalxıb. Ermənistanda isə bu rəqəm 49 faiz təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında