Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri və yaranmış ictimai-siyasi sabitlik şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanır

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son günlər müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır.

Mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə olduğu kimi, respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də geniş quruculuq və abadlıq işləri görülür, mövcud problemlərin həlli ilə bağlı icra hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir.

Qeyd olunmalıdır ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir.

Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında