Ordubad rayonunun Çənnəb kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

 

Ordubad rayonunun Çənnəb kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.

Çənnəb kənd tam orta məktəbinin yeni binasının açılış mərasmində çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev demişdir ki, həyata keçirilən geniş abadlıq-quruculuq işləri rayon mərkəzinin və kəndlərin müasir görkəm almasına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Son illər Ordubad rayonunda 20 təhsil müəssisəsi, 15 mədəniyyət obyekti, 19 tibb müəssisəsi, 15 körpü, 10 kənd mərkəzi, 12 xidmət mərkəzi, 19 inzibati bina, yaşayış binaları və digər sosial obyektlər istifadəyə verilmiş, yeni parklar salınmış, yollar çəkilmişdir. Çənnəb kəndində yeni sosial obyektlərin tikintisi də rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aparılan tikinti-quruculuq işlərindən sonra Çənnəb kəndinin muxtar respublikanın abad kəndləri sırasına daxil olduğunu qeyd etmiş, burada müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verildiyini, sosial problemlərin həll olunduğunu bildirmiş, bu münasibətlə sakinləri və tədbir iştirakçılarını təbrik etmişdir.

Ali Məclisin sədri məktəbdə təhsilin yüksək səviyyədə təşkil olunacağına, kənd mərkəzində sakinlərə nümunəvi xidmət göstəriləcəyinə, qurulanların qorunacağına əminliyini bildirmiş, bu yolda kollektivlərə və kənd sakinlərinə uğurlar arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.

Məlumat verilmişdir ki, 198 şagird yerlik məktəbdə müasir sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və açıq idman qurğuları vardır.

Kompyuter sinfində 7 kompyuter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Həmçinin interaktiv tədris metodlarının tətbiqi məqsədilə 2 elektron lövhəli sinif yaradılmış, fizika və kimya-biologiya laboratoriyaları istifadəyə verilmişdir. Laboratoriyalarda ən müasir təcrübə-sınaq cihazları qoyulmuşdur. Təhsil ocağının kitabxana fondu da zənginləşdirilmiş, 3240 kitab müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Şagirdlər elmi və bədii ədəbiyyatları elektron kataloq vasitəsilə seçib oxumaq imkanına malikdirlər.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmişlər. Həmin gün yeni Kənd Mərkəzinin də açılışı olmuşdur. Ali Məclisin sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, mərkəzdə rabitə evi, Çənnəb və Üstüpü kəndlərini əhatə edən polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 48 yerlik zal yerləşir. Binada rabitə evi üçün 2 iş otağı ayrılmış, 176 nömrə tutumlu elektron tipli ATS qurulmuş, poçt bölməsində faks aparatı və kompyuter qoyulmuşdur. Burada əhaliyə bank xidməti də göstəriləcək, dövri mətbuat nümunələri vaxtlı-vaxtında oxuculara çatdırılacaqdır.

 Çənnəb kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.

 Ali Məclisin sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq malları mağazası fəaliyyət göstərir. Xidmət mərkəzində 5 nəfər işlə təmin olunmuşdur.

Həyətdə abadlıq işləri aparılmış, mərkəzin qarşısından keçən çayın üzərində körpü tikilmiş, asfalt örtük salınmışdır.

Xidmət mərkəzinə baxışdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin sədri Ordubad rayonunun kəndlərinin inkişafı istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir ki, sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.

 Sakinlər kənd yaşayış məntəqələrində insanların rahatlığı üçün yaradılan şəraiti dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirmişlər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında