Tariximizin şərəfli səhifəsi

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Dövlət Baytarlıq Xidməti, Epizootiya əleyhinə respublika ekspedisiyası, Brusellyoz və Vərəmə qarşı respublika ekspedisiyası və respublika baytarlıq laboratoriyası mütəxəssis və əməkdaşlarının iştirak etdikləri toplantıda öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova toplantının  “20 Yanvar Faciəsinin 23-cü ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq təşkil olunduğunu bildirdi və qeyd etdi ki, 20 Yanvar hadisələri, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Faciədən dərhal sonra xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev DTK-nın təzyiq və hədələrinə baxmayaraq, imperiyanın baş şəhərində Azərbaycan nümayəndəliyinə toplaşmış jurnalistlər qarşısında kəskin bəyanatla çıxış edərək bu təcavüz aktını qətiyyətlə pisləmiş və buna siyasi-hüquqi qiymət verilməsini tələb etmişdi.

20 Yanvar, sözün əsl mənasında, Azərbaycan xalqına qarşı Qırmızı Ordunun törətdiyi qətliam idi.  Tədbirdə çıxış edənlər sonda bir daha vurğuladılar ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsi olmaqla xalqımızın mübarizlik, qəhrəmanlıq tarixidir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında