Strateji Araşdırmalar Mərkəzi dünyanın ən güclü beyin mərkəzləri sırasındadır

 

 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pensilvaniya Universiteti tərəfindən hazırlanan və bu günlərdə Nyu-Yorkda təqdim olunan beyin mərkəzlərinin mötəbər reytinqində yer almışdır. Pensilvaniya Universitetinin hesabatında dünyanın 150 ən yaxşı beyin mərkəzinin siyahısında 124-cü yerdə qərarlaşan SAM MDB məkanında Rusiya istisna olmaqla, bütün ölkələrin beyin mərkəzlərini geridə qoyur. Bu siyahıya ənənəvi olaraq Brookings İnstitutu liderlik edir.

Bundan başqa, SAM həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-də Rusiya beyin mərkəzləri istisna olmaqla, SAM-ın rəqibi yoxdur.

SAM-ın yer aldığı daha bir reytinq dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilmişdir.

Eyni zamanda, Pensilvaniya Universitetinin hesabatında SAM dünyanın 51-ci ən yaxşı vəkillik kampaniyası aparan təşkilatı seçilmişdir.

Beləliklə, yaranmasının 5-ci ilində SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında