“ASAN xidmət” vətəndaşlara uğurla xidmət göstərir

 

Yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara uğurla xidmət göstərməyə başlamışdır.

Agentliyin 1 nömrəli “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Vətəndaşlar mərkəzin xidmətlərindən şəxsən, telefon və ya internet vasitəsilə ünvanladıqları müraciətlər əsasında istifadə edə bilərlər.

Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10-dan 20-dək, bazar günləri isə saat 17-dək vətəndaşlara xidmət göstərir.

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi  23 adda xidmət həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyət göstərdiyi ilk 5 iş gününə (15-19 yanvar) dair statistik məlumatları açıqlamışdır. Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 1 saylı “ASAN xidmət” mərkəzinə ilk iş həftəsində müraciət edənlərin ümumi sayı 1582 nəfər olmuşdur. Onlardan 939 nəfərə xidmət göstərilmişdir.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olmuşdur. “ASAN xidmət”ə aid olmayan məsələlərə dair 466 müraciət digər dövlət orqanlarına yönləndirilmişdir. Qeydiyyatdan keçmiş vətəndaşlardan 123 nəfərə isə müxtəlif məsləhətlər verilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı “ASAN xidmət” mərkəzi vətəndaşlara 15 yanvar 2013-cü il tarixindən xidmət göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında