Cəlilabad polisi peşə bayramını yeni uğurlarla qeyd etdi

Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da Azərbaycan polisinin yaradılmasının 92-ci ildönümü layiqincə qeyd edilib.
Cəlilabad Rayon Polis Şöbəsinin şəxsi heyəti və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki möhtəşəm abidəsini ziyarət etdilər, gül dəstələri qoydular. Sonra Heydər Əliyev muzeyinə gedən tədbir iştirakçıları polisin fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş unudulmaz böyük şəxsiyyətin örnək həyat və fəaliyyətinin ən önəmli məqamları ilə yaxından tanış oldular.
Bayram tədbirini Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik Rəhim Novruzov açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş polis əməkdaşlarının, habelə xidməti vəzifəsini yerinə yetirərkən canından keçmiş asayiş keşikçilərinin xatirəsi sükutla yad edildi. Polkovnik Rəhim Novruzov Azərbaycan polisinin daim mübariz keşikdə dayandığını və milli dövlətçiliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıq göstərdiyini konkret faktlarla diqqətə çatdırdı, polis sisteminin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, peşə bayramı münasibətilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə təltif edilənlər arasında Cəlilabad polisinin nümayəndələri də vardır. Cəlilabad polisi bundan sonra da vətənə əsl xidmət nümunəsi göstərməyə çalışacaqdır.
Rayon Polis Şöbəsi rəisinin müavini, polkovnik-leytenant Laçın Paşayevin Azərbaycan polisinin keçdiyi tarixi yol mövzusunda məruzəsi dinlənildi. O bildirdi ki, bu şərəfli yolda Cəlilabad polisinin şəxsi heyəti də nümunə göstərib. Eldar İsfəndiyar oğlu Həsənov və Vüqar Mirəzbər oğlu Mürsəlov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fərqləndiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
Sonra Cəlilabad rayon prokuroru Mobil İsmayılov, rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov və icra hakimiyyəti başçısının 1-ci müavini Asif Əzizov çıxış edərək polisin vətənə sədaqətlə xidmət göstərməsini yüksək qiymətləndirdilər. Natiqlər Cəlilabad polisinin göstərilən etimadı layiqincə doğrultduğunu, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı barışmaz mübarizədə aşkar uğurlar qazandığını söylədilər.
Qonaqlar rayon polis şöbəsinin şəxsi heyətinə ən xoş arzularını çatdırdılar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında