Erməni riyakarlığı ermənilərin öz dili ilə

Xalq yaradıcılığı nümunələri mənsub olduğu xalqın təfəkkür süzgəcindən keçərək həyata vəsiqə qazanır. Müdriklərimizin fikir xəzinəmizə bəxş etdikləri belə nümunələr saysız-hesabsızdır. Lakin onların bir çoxu digər xalqlar tərəfindən öz dilinə çevrilir (bəzən hətta, mənimsənilir) və yaşadılır. Belə məqamda obyektivliyə riayət edilməsi və həmin deyimlərin mənsub olduğu xalqın haqqının qorunması onları "özününküləşdirən" xalqın vicdanına qalır. Əslində, bu şərtə əməl olunarsa, həm həmin ənənəvi mədəni nümunələrə sahiblik hüququnun hansı xalqa məxsusluğu üzə çıxar, həm də "hazırına nazir" olanların kimliyi aşkarlanar. Bizim bədnam qonşularımız belə saxtakarlıqda ad çıxarmışlar.
Mən erməni xalqının görkəmli nümayəndələrinin həyatı və yaradıcılığı ilə bir qədər tanışam. Ermənilər həmişə heç bir elmi əsası olmadan özlərini dünyanın ən qədim xalqı hesab edirlər. Təəssüf ki, onların həqiqət cildinə sırınmış bu yalanlarını bəzən dünyada qəbul edənlər də tapılır.
Bu yalan pərdəsini cırıb ortadan götürmək, həqiqəti dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, xüsusilə, ermənilərin öz fikirləri ilə özlərini ifşa etmək Azərbaycan ziyalılarının ən ümdə vəzifələrindəndir. Həmçinin, belə fikirləri toplayaraq dünya ictimaiyyətinə çatdırmaq da əsl həqiqətin, ədalətin zəfər çalması baxımından çox faydalı bir işdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun müəllifi olduğu "Armyanskie inorodnıe skazki" əsəri və onun rəhbərliyi altında üç dildə hazırlanmış və nəşr edilmiş "Gəldim, gördüm, mənimsədim" - Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi sahəsində erməni ənənəsi haqqında kitabı erməni yalanlarının ifşası üçün çox əsaslı mənbəyə çevrilmişdir. Yeri gəlmişkən, belə kitabların bir sıra dünya dillərinə tərcümə edilərək geniş oxucu kütləsinə təqdim olunması vacibdir.
"Gəldim, gördüm, mənimsədim" toplusuna daxil edilmiş erməni etirafları və dünyanın bir sıra məşhur ziyalılarının fikirləri Kamran müəllimin "Armyanskie inarodnıe skazki" (Bakı, 2008) və İsrafil Abbaslının "Azerbaydjanskaya istoriya v armyanskix istoçnikax" kitablarından götürülmüşdür. Mən xalqımıza xidmətdə əvəzsiz iş görmüş Kamran İmanova, eləcə də İsrafil Abbaslıya ermənilərin daxili dünyalarını nifrətə layiq bir tərzdə açıqlayan fikirlərini bir yerə toplayaraq oxucuların diqqətinə çatdırdıqlarına görə öz təşəkkürümü bildirirəm.
Kamran İmanovun rəhbərliyi altında hazırlanmış bu kitab iki bölmədən ibarətdir. "Erməni etirafları" adı altında verilən birinci bölməyə aşağıdakı mövzular daxildir: "Ermənilər özləri haqqında", "Ermənilər öz tarixləri haqqında", "Ermənilər Azərbaycan dilinin onlara təsiri haqqında", "Ermənilər Azərbaycan dastanlarının mənimsənilməsi haqqında", "Ermənilər Azərbaycan atalar sözlərinin mənimsənilməsi haqqında", "Ermənilər Azərbaycan bayatılarının mənimsənilməsi haqqında", "Ermənilər aşıq yaradıcılığının mənimsənilməsi haqqında", "Ermənilər Azərbaycan musiqi və mahnılarının mənimsənilməsi haqqında".
"Xaricilərin fikir və düşüncələri" adlı ikinci bölmədə isə "Xaricilər ermənilər və erməni tarixi haqqında", "Xaricilər Azərbaycan dilinin ermənilərə təsiri haqqında", "Xaricilər Azərbaycan musiqisi və mahnılarının ermənilərə təsiri haqqında" başlıqları altında xarici ölkə ziyalılarının daha çox ermənilər və uydurma erməni tarixi haqqında fikirləri toplanmışdır. Bu materiallar tarixi həqiqətlərin bərpa edilməsi baxımından cild-cild kitabların məzmununa bərabərdir.
Bu yazıya başlayanda qarşıma məqsəd qoydum ki, ermənilərin özləri haqqında olan etiraflarının şərhinə daha çox diqqət yetirim. Lakin erməni etiraflarının hər biri elə yığcam, elə məzmunlu, elə dəyərli şəkildə verilib ki, onlara nə isə əlavə etmək mümkün deyildir.
Mən burada Azərbaycanın bir çox mədəni ənənələrinin mənimsənilməsinə dair geniş oxucu kütləsinə məlum olmayan erməni saxtakarlığı haqqında həmin kitabçadan bir neçə misal çəkmək istəyirəm.
Yeğişe Çarens (şair): "Bizdə" (ermənilərdə) riyakarlıq ana bətnində olarkən yaranır". Bu fikir erməni xalqının iç üzünü açaraq onların xainlik və saxtakarlıqla dolu olan daxili dünyasını tam aşkarlayır.
Ovanes Tumanyan: "Həqiqi qurtuluş daxildən başlanmalıdır, amma biz ermənilər daxilən xəstəyik"; "Bizim bədbəxt tayfamız (ermənilər) heç vaxt siyasi cəhətdən müstəqil olmamışdır".
S.Lexasi: "...Moldaviyadan İstanbula, Romeliyadan Böyük Venesiyaya qədər elə bir şəhər və kənd yoxdur ki, orada erməni olmasın. Biz (ermənilər) toz kimi bütün dünyaya səpələnmişik".
Qevorq Aslan: "Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerə bağlıdır. Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər".
K.Patkanov: "Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar".
Manuk Aqabekyan (akademik): "Erməni xalqının kökləri haradadır, bura necə, nə vaxt, haradan və hansı yollarla gəlib. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur".
Pastermacyan (tarixçi): "Müasir elm bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq öz yaşlarını artırmağı sevirlər".
V.İşxanyan: "Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan əhalidir, o biri hissəsi isə Türkiyə və İrandan köçən qaçqınlardır, Azərbaycan torpağı onlar (ermənilər) üçün təqib və zülmlərdən sığınacaq yeri olmuşdur".
Xaçatur Abovyan: "Lənətə gəlmiş türk dili Allahın xeyir-duasını alıb... Bütün şadlıqlarda və toy mərasimlərində biz (ermənilər) türkcə oxuyuruq. Bizim dilin (erməni) ən azı 50 faizi türk sözlərindən ibarətdir".
Xaçatur Abovyan başqa bir yerdə deyib ki, "Türkcə (azərbaycanca) sözlər bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə-azərbaycanca səslənir".
Levon Daleqyan: "Ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi".
Qazaros Ağayan: "Bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı azərbaycancadır". A.Terteryan: "Ermənilər ünsiyyətdə və danışıq dilində həmişə Azərbaycan atalar sözləri və məsəllərinə müraciət edirdilər".
E.Arustamyan: "Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, Azərbaycan sözlərinin dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir".
A.T.Qanalanyan Azərbaycan atalar sözlərinin ermənilər tərəfindən çox sevildiyini qeyd edərək, aşağıdakıları misal çəkir: "Kef sənindir, kənd kovxanın"; "Bir olsun, pir olsun"...
E.Arustamyan (folklorşünas): "İlahi, Vartiter uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə çox şey bilir..., hətta danışanda "Zər qədrini zərgər bilər" kimi türk (Azərbaycan) atalar sözünü işlədir".
Deməli, Azərbaycan atalar sözünü bilən on dörd yaşlı erməni uşağı bilici uşaq kimi xarakterizə edilir. Bu da bir daha Azərbaycan atalar sözlərinin məzmununun ucalığını və qüdrətini göstərir.
Xaçatur Abovyan: "Hər kəs bilir ki, insanın ürəyindən qara qanlar axanda, nə dava-dərman, nə də yuxu ona ilahi mahnı və bayatılar kimi faydalı deyil".
Nalbandyan: "Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam".
R.Proşyan: "Onlar (ermənilər) türkcə ağlayırlar, bayatılardan istifadə edir və aram-aram hönkürürlər, qadınlar isə öz iniltiləri ilə onları dəstəkləyirlər".
Avetik İsakyan (şair, akademik): "Erməni xalqı da bayatını çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyur və onun vasitəsilə öz arzularını ifadə edirlər".
Qazaros Ağayan yazır: "Türk (Azərbaycan) bayatılarından istifadə etməyimizin səbəbi ondadır ki, bu dildə istədiyin qədər ikimənalı və çoxmənalı sözlər var".
Milliyyətcə alman olan Əhməd Şmide 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində yazmışdı ki, mən nə qədər cəhd etmişəmsə bayatıları alman dilinə tərcümə edə bilməmişəm. O yazırdı ki, belə poetik nümunələr yaratmış xalq ölməzdir. Bayatıların dərin fəlsəfi mənası, onda çətin hiss olunan fikir bağlılığı imkan vermir ki, poeziyanın bu növünü başqa dillərə tərcümə etmək mümkün olsun. Deməli, bayatıları nəinki alman, eləcə də başqa dillərə (erməni və s.) tərcümə etmək çox çətindir.
Qazaros Ağayan: "Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə (azərbaycanca) oxuyuruq".
K.Qostanyans isə təəssüf hissi ilə qeyd edir ki, "Bizim aşıqların erməni dilində olan şerləri dastanları yoxdur, hamisi yalnız türk dilindədir".
Arakel Babaxanyan: "Həyat tərzini tərənnüm edərkən aşıqlar türk (Azərbaycan) dilinə üstünlük verirlər, ona görə ki, o, (Azərbaycan dili) erməni dilindən daha mənalı və zəngindir".
Qeqam Tarverdiyan: "Erməni aşıqlarından topladığım şerlərin müəyyən hissəsi tamamilə Azərbaycan dilindədir".
S.R.Məlikyan: "Erməni musiqisi orijinal deyil. Komitas isə yalnız musiqi üzrə etnoqrafdır".
N.Tiqranov: "A.Spendiarovun not yazılmış kitabçasında çoxlu deyimlər var... bir sira muğamların yazısı var: "Mahur", "Rast", "Çahargah", "Şüştər", "Kürd Şahnaz". Bu yazıların əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə olunub". "Onların (ermənilərin) qulaqları tar və kamança səsləri ilə doludur. Ona görə də Şərq musiqisi erməni xalqının cisminə və qanına hopub".
Məşhur erməni (sovet) bəstəkarı Aram Xaçaturyan Naxçıvanın Ordubad rayonunun Aza kəndində doğulmasını fəxrlə qeyd edərək yazmışdı: "Mən Azərbaycan aşığıyam".
Deməli, atalar sözlərimiz, nağıllar, mahnılar və musiqimiz ermənilərin yaradıcılığı üçün bir nümunə olmuşdur.
Xalq musiqisinin yazılması və toplanması üzrə ekspedisiya işlərində sistematik şəkildə iştirak edən S.R.Məlikyan əsl xalq musiqisini aşkara çıxarıb və qələmə alaraq "erməni xalq musiqisinin orijinallığını inkar edirdi".
Məşhur tarixçi alim İ.Dyakonov ermənilər və erməni tarixi haqqında yazmışdır: "Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır. Ermənilər Hind-Avropa qəbiləsinin İran qolunun bir budağıdır. Ölkənin qədim tarixi, demək olar ki, məlum deyil".
A.Koroşenko da təsdiqləyir ki: "Ermənilərin özlərinin xalq musiqisi yoxdur" (Moskva, 1986).
Aram Xaçaturyan özünün "Qayane" adlı operasını SSRİ Dövlət mükafatına təqdim etmişdi. Üzeyir Hacıbəyov ona verdiyi rəydə göstərmişdi ki, "Qayane" operası Azərbaycan musiqisinin əsasında yazılmışdır.
Adətən, ermənilər başqa xalqların tarixini təhrif etmiş, bir çox xalqlara şər atmış və bunun fonunda özlərinə "haqq" qazandırmışlar. Necə olub ki, erməni xalqının ən görkəmli övladları yazılarında erməni tarixini obyektiv işıqlandırmışlar. Görünür, onlar tədqiqatları əsasında gəldikləri nəticələri inkar edə bilməmiş və həqiqəti söyləməyə məcbur olmuşlar,
Haqqında danışılan kitabçanın ("Gəldim, gördüm, mənimsədim") çox zəngin məzmunu var. Deməli, kitabın əhəmiyyəti onun həcmində deyil, məzmunundadır. Bu kitab bir çox uğurlu fikirlərdən faydalanır və ermənilərin öz dili ilə özlərinin ağ yalanlarını dünyaya çatdırır. Nadir hallarda həqiqəti söyləmiş vicdanlı erməni alim və yazıçıları əsrlər boyu elmi materialları toplayaraq ermənilərin yalanlar üzərində qurduqları "tarix qalalarını" dağıtmağa çalışmışlar. Bu həqiqətin təntənəsidir.
Tarixən heç nəyi olmayan insanlar və ya xalqlar bunu özgələrindən əldə etməyə çalışırlar. Tarixi faktlar göstərir ki, ermənilərin nə tarixi vətəni olub, nə də çox geniş maddi-mənəvi zənginliyi. Ona görə də ermənilər tarixən həyatda ancaq yalan, şər, yaltaqlıq, uydurma və ya terror nəticəsində qorunmağa çalışmışlar.
Atalar sözüdür: "Oğrulara dağlar da borcludur". Ermənilər tarixən oğurluq və saxtakarlıq etmişlər. Ancaq bəzi şeylərdə onların ağıllanmağa qabiliyyəti çatıb, oğurladıqlarını həzmdən keçirməyə tam vaxt tapmamışlar. Buna baxmayaraq, onlar indi də utanmadan və çəkinmədən öz yalanlarını həqiqət kimi qələmə verirlər.
Bu kitabda yer alan inkaredilməz həqiqi və həyati faktlar erməni alim və mütəfəkkirləri tərəfindən deyildiyinə görə çox dəyərlidir. Burada olan tarixi və həyati faktlar onu göstərir ki, ermənilərin indiki rəsmən qəbul etdikləri tarix tam saxtadır və onların ərazisinin "dənizdən-dənizə" olması (yəni "Böyük Ermənistan") uydurmadır və bütün bunları erməni mütəfəkkirlərinin özləri də təsdiq edirlər.
Erməni qəsbkarlarının Azərbaycan torpaqlarının iyirmi faizini işğal altında saxladıqları bir zamanda Kamran İmanovun və İsrafil Abbaslının yuxarıda adi çəkilən kitablarını tezliklə müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrə bir həqiqət carçısı kimi yaymaq tamamilə məqsədəuyğun və vacibdir. Çünki tarixi faktlar həyat həqiqətləri kimi inkaredilməzdir.
Erməni uydurmaları və yalanı ayaq tutsa da, heç vaxt yeriməyəcək.

{nl}

 Budaq BUDAQOV, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında