İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun anadan olmasının 103-cü ildönümü qeyd edilmişdir

 

Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 103-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, qəhrəmanın Şəhidlər Xiyabanındakı abidəsinin önündə keçirilən tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən təşkil edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə generalın abidəsinin önünə əklil qoymuş, gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.

Sonra Müdafiə Nazirliyinin tərbiyə işləri idarəsinin rəis müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani,  Respublika Veteranlar Şurasının birinci müavini Surxay Tağızadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları mərasimdə çıxış edərək 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun qəhrəmanlıqlarla dolu həyatından danışmış, onun şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, xalqımızın qəhrəman oğlu Həzi Aslanov haqqında sənədli filmlər çəkilmiş, kitablar yazılmışdır.

Qeyd olunmuşdur ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün  vətənpərvərlik nümunəsi qalacaqdır.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsi əsaslı şəkildə yenidən qurulmuş, abidənin ətrafında abadlıq və quruculuq işləri aparılmışdır.

Tədbirdə çıxış edən polis general-mayoru Həzi Aslanov babasının daim xatirələrdə yaşayacağını bildirmişdir. O göstərilən diqqət və qayğıya görə, qəhrəmanın ailəsi adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında