İranın “Azərbaycan Cümhuriyyəti” elektron qəzeti AzərTAc-ın baş direktorunun İkinci Bakı Beynəlxalq Humanitar Forumu haqqında analitik yazısını rus dilində dərc etmişdir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovun “Dövlətin paytaxtından dünyanın humanitar paytaxtına doğru. İkinci Bakı Beynəlxalq Humanitar Forumuna sözardı” sərlövhəli analitik məqaləsi İranda fəaliyyət göstərən “Azərbaycan Cümhuriyyəti” elektron qəzetinin rus versiyasında yerləşdirilmişdir (http://azcumhur.com/ru/index.php?option=com_content&view=article&id=171:1&catid=21:1&Itemid=80).

Ötən ilin oktyabrında Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumun uğurlu nəticələrinin təhlilinə həsr olunmuş məqalədə müstəqil Azərbaycan Respublikasında humanitariyanın  istiqamətləri, multikulturalizm ənənələrinin möhkəmləndirilməsi, tolerantlığın Azərbaycan modelinin şərhi verilmişdir. Müəllif Azərbaycan reallıqlarına söykənərək Bakının dövlət paytaxtından dünyanın humanitar paytaxtına çevrilməsi istiqamətində görülən işlərdən, beynəlxalq forumun bunun üçün ən yaxşı platforma olduğundan söhbət açır.

Ötən ilin sonlarında bu saytın Azərbaycan versiyasında yer alan məqalə yaxın zamanlarda fars dillində də oxuculara təqdim olunacaqdır.

Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında