LİMAN ŞƏHƏRİNDƏ HESABAT YIĞINCAĞI

Yanvarın 18-də Lənkəranın Liman şəhərində hesabat yığıncağı keçirilib.

Yığıncaqda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının və bir sıra xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Liman şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Bəxtiyar Səfərov  inzibati ərazi dairəsinə daxil olan Liman şəhərinin, Şirinsu qəsəbəsinin və Qumbaşı kəndinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verib, 2012-ci ildə ərazidə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb, bir sıra problemləri diqqətə çatdırıb.

Liman bələdiyyəsinin sədri Zabil Dadaşov ərazidə sosial-iqtisadi sahədə həyata keçirilmiş tədbirlərdən, abadlıq və səliqə səhman işlərindən söz açıb.

Sonra ayrı-ayrı sakinlər çıxış edərək bir sıra arzu və təkliflərini söyləyiblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qaldırılan təklifləri konkretləşdirmək, ərazidə mövcud problemləri həll etmək üçün müvafiq komissiyanın yaradılması tapşırığını verib.

İcra başçısı yola saldığımız 2012-ci ilin ölkəmiz, eyni zamanda Lənkəran rayonu üçün uğurlu olduğunu bildirib, möhtərəm Prezident İlham Əliyevin Lənkərana tarixi səfərindən danışıb, 2013-cü ildə qarşıda duran mühüm vəzifələrdən söz açıb, Lənkəranda  aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərinin sürətləndiriləcəyini, yol infrastrukturu sahəsində, su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində layihənin icrasının sürətləndiriləcəyini, Mərkəzi Rayon Xəstəxanasında, Olimpiya idman kompleksində yenidənqurma işlərinin və qazlaşdırmanın daha da sürətləndiriləcəyini, ilin sonunadək konkret proqramların icra ediləcəyini bildirib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında