Ulu öndərin Sumqayıta tarixi səfərindən yeddi il keçir

Sumqayıtın tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2003-cü il aprelin 3-də bu şəhərə səfərinin müstəsna önəmi var.
Həmin vaxt səhhətində ciddi problemlər olmasına baxmayaraq, ulu öndər Sumqayıtda yaranmış vəziyyətdən narahat olaraq gənclik şəhərinə gəlmiş və burada fəallar yığıncağı keçirmişdir. Unudulmaz böyük şəxsiyyətin tədbirdə söylədiyi nitq, bildirdiyi iradlar, verdiyi tövsiyələr Sumqayıtın ictimai-siyasi həyatına yeni nəfəs vermiş, burada təmiz ab-hava yaranmasına təkan olmuşdur.
Ümummilli liderin tarixi səfərinin ildönümləri Sumqayıtda böyük ehtiram və qədirbilənliklə qeyd edilir. Ənənəyə sadiq qalan şəhər ictimaiyyətinin nümayəndələri aprelin 3-də yenə də ulu öndərin adını daşıyan prospektdəki möhtəşəm abidəsinin önünə toplaşmışdılar. Təntənəli musiqi sədaları meydanı bürümüşdü. Məktəblilərin ifasında səslənən şeirlər tədbirə xüsusi təmtəraq verir, təravət qatırdı.
Yeddi il öncə məhz həmin gün dövlət başçısının sərəncamı ilə şəhərə rəhbər təyin edilmiş Vaqif Əliyev abidənin önündə baş əyərək ulu öndərin ölməz xatirəsinə dərin ehtiramını bildirdi. Sonra şəhər icra hakimiyyətinin başçısı toplantı iştirakçılarının qarşısında məruzə ilə çıxış etdi. O bildirdi ki, ümummilli liderin Sumqayıta son səfəri şəhərin yeni inkişaf tarixinin başlanğıcı olub, burada sağlam mənəvi-siyasi iqlim bərqərar edilib. Dahi rəhbərin fəallar yığıncağındakı nitqindən irəli gələn müddəalar fəaliyyət proqramı kimi qəbul edilərək həyata keçirilib. Etimadı layiqli işlərlə doğruldan şəhər rəhbərliyi yeddi ildə Sumqayıtın simasının başdan-başa dəyişməsinə, şəhərdə müasir infrastruktur yaradılmasına nail olub. Sumqayıtda yeni-yeni müəssisələr tikilərək işə salınıb, on minlərlə yeni iş yeri yaradılıb, sakinlərin həyat şəraiti qat-qat yaxşılaşıb. Ötən müddətdə böyük sosial-iqtisadi, mədəni inkişaf yolu keçən Sumqayıt hazırda Cənubi Qafqazın ən nümunəvi və müasir şəhərinə çevrilibdir.
Vaqif Əliyev daha sonra dedi ki, Sumqayıt şəhəri möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik qayğısı ilə əhatə olunub. Sakinlər bunu hər an hiss edirlər. Dövlətimizin başçısı tez-tez Sumqayıta gəlir, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, şəhərin sosial-iqtisadi inkişafını sürətləndirmək və onu daha da gözəlləşdirmək üçün vaxtaşırı vəsaitlər ayırır. Regional inkişafin ideal modeli məhz bu gözəl şəhərdə formalaşıb. Bütün bunlar sumqayıtlıları daim ruhlandırır, ölkəmizin tərəqqisinə yeni-yeni töhfələr verməyə səfərbər edir. Artıq böyük inamla söyləmək olar ki, Sumqayıt ulu öndərin ideyalarının gerçəkləşdiyi yaraşıqlı bir şəhərə dönmüşdür.
Ümummilli liderin Sumqayıta tarixi səfəri beləcə xoş xatirələrlə anıldı, onun xeyir-duası ilə başlanan möhtəşəm işlərin fərəh doğuran nəticələrindən iftixar duyğuları ilə ətraflı bəhs olundu.
Şəhər ictimaiyyətinin nümayəndələri, sənaye, elm, təhsil, mədəniyyət kollektivləri, ziyalılar ulu öndərin əzəmətli abidəsini səmimi minnətdarlıq duyğuları ilə ziyarət etdilər, gül dəstələri qoydular. Bütün gün ərzində gənclik şəhərində gəncliyə xas olan əsl bayram əhval-ruhiyyəsi yaşandı. Mərasimə gəlmiş hər bir sumqayıtlı unudulmaz dahi şəxsiyyətin işıqlı xatirəsi qarşısında baş əydi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti" (foto M.Quliyevindir)

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında