DSMF Masallı rayon şöbəsi yeni inzibati binaya köçmüşdür

Son illərdə ölkəmizin bir çox dövlət orqanları kimi, DSMF-nin də fəaliyyətində mütərəqqi yeniliklərin tətbiqi, maddi-texniki bazanın möhkəmləndirilməsi amilləri xeyli güclənmişdir. Fondun Masallı rayon şöbəsi üçün yeni inzibati binanın tikilməsi və zəruri texnologiya ilə təmin edilməsi də bu sıradan olan tədbirlərdəndir.
Ümumiyyətlə, son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində hər yerdə olduğu kimi, Masallıda da çoxsaylı sosial-inzibati binalar inşa edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Elə ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə DSMF şöbəsi üçün yeni ikimərtəbəli inzibati binanın tikilməsi və istifadəyə verilməsi abadlıq-quruculuq işlərinin davamlı xarakter daşıdığını göstərir.
DSMF rayon şöbəsinin müdiri Ülvi Nemətov mərasimi açaraq əhali ilə daim təmasda olan bu qurum üçün yeni, daha geniş müasir binanın inşasını aparılan islahatların uğurlu nəticələrindən biri kimi dəyərləndirdi və buna görə fondun rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şöbə üzrə yarımillik proqnoz tapşırıqları 102,4 faiz yerinə yetirilib. Göstəricilər gələcəkdə daha da yaxışalışdırılacaq. O, Masallı rayon rəhbərliyinin də şöbənin səmərəli fəaliyyət göstərməsinə daim qayğı və diqqətlə yanaşdığını, dəstək göstərdiyini xüsusi vurğuladı.
Rayon ağsaqqalları onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsindən razılıqlarını bildirdilər.
Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev və aparat rəhbəri Əjdər Cəbiyev də açılış mərasimində iştirak edirdilər. Sədr müavini öz çıxışında bildirdi ki, yeni inzibati binanın istifadəyə verilməsi əhaliyə xidmətin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq. Çünki şöbə həm DSMF-nin məcburi dövlət sosial sığortası, həm də əmək pensiyaları sahəsində funksiyalarının səmərəli şəkildə gerçəkləşdirilməsi üçün bütün infrastruktura malikdir.
Burada hər işçiyə bir kompyuter prinsipi ilə yeni iş yerləri yaradılıb. Buna görə də şöbənin kollektivi bundan sonra daha məhsuldar işləməli, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətini daha da arıtrmalı, rayonun potensialından daha geniş istifadə etməlidir. Pensiyaların təyinatının avtomatlaşdırılmasına da yeni yaradılan iş yerlərinin mühüm töhfə verəcəyinə inam ifadə olundu.
Xüsusi serverlə təchizat və onun fondun mərkəzi aparatı ilə birbaşa əlaqələndirilməsi gələcəkdə bütün pensiyaçıların bu sistemdə uçotu və avtomatik qaydada təyinatını təmin edəcəkdir. Elman Mehdiyev də öz növbəsində yaradılan şəraitə, göstərilən dəstəyə görə Masallı rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev DSMF rayon şöbəsi üçün tikilmiş yeni inzibati binanın açılışını əlamətdar hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyevin imzaladığı fərmanla regional inkişaf Dövlət Proqramlarının qəbulu və icrasının ölkənin tərəqqisinə güclü stimul yaratdığını diqqətə çatdırdı. Binanın araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi, DSMF rəhbərliyinə Masallı rayon əhalisinin razılığını çatdırdı, şöbənin kollektivinə yeni uğurlar arzuladı.
Rəmzi lent kəsildikdən sonra DSMF Masallı rayon şöbəsinin yeni binasına baxış keçirildi.

{nl}

Ə.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında