“Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxsin Qaradağ rayonu ərazisində keçirdiyi aksiya ilə əlaqədar olaraq Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılmışdır

 

Xəbər verildiyi kimi, yanvarın 19-da paytaxtın Qaradağ rayonu ərazisindəki “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxs mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq razılaşdırılmamış aksiya keçirmiş, Bakı-Astara avtomagistralını bağlamaqla nəqliyyatın hərəkətini iflic etmişdir.

 Onların ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayaraq polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti istifadələrində olan avtomaşınlara baxış keçirilmiş, çoxsaylı şahidlər dindirilmiş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmiş, təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Müəyyən edilmişdir ki, hadisə nəticəsində saat 11:00-dan 11:45-dək avtomagistralda nəqliyyat vasitələrinin normal hərəkəti pozulmuş, Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulmuşdur.  Müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş 19 polis əməkdaşından 6-sı stasionar, 13-ü isə ambulator müalicədədir.

Cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Qanunsuz aksiyada iştirak edənlərdən 30 şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir.

Hazırda cinayətin təşkilatçıları və digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında