Dieqo Kanepa: “Azərbaycan Uruqvay üçün önəmli ölkədir və biz əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik”

 

Milli Məclisin sədri Oqtay Əsədov yanvarın 21-də Azərbaycanda səfərdə olan Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ilə görüşmüşdür.

Milli Məclisin sədri bu səfərin ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir. Sədr qeyd etmişdir ki, ölkələrimiz arasındakı əlaqələr günbəgün genişlənir, qarşılıqlı səfərlər həyata keçirilir.

O.Əsədov Bakıda keçirilən beynəlxalq tədbirlərdə Uruqvay parlament nümayəndə heyətinin iştirakını və Milli Məclisdə keçirdikləri görüşləri xatırlayaraq, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu vurğulamışdır. Bildirilmişdir ki, müstəqil Azərbaycan dünya dövlətləri, o cümlədən Uruqvayla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu ay diplomatik münasibətlərimizin 18 ili tamam olur və bu illər ərzində ölkələrimiz arasında səmimi dostluq münasibətləri qurulmuşdur. Bu münasibətlərin dərinləşməsində parlamentlərin rolu böyükdür. Təqdirəlayiq haldır ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın  qarşılıqlı rəsmi səfərləri, zənnimizcə, ümumi işin xeyrinədir.

Söhbətdə Milli Məclisin sədri bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırmış və demişdir ki,  Azərbaycan Prezidenti və dövləti müstəqil siyasət yürüdür. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən qlobal layihələr dünya iqtisadiyyatı üçün çox önəmlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir.

Sədr vurğulamışdır ki, bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir. Problemlə əlaqədar nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdarıq. Ümid edirik ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaqdır.

O.Əsədov ümidvar olduğunu bildirmişdir ki, uruqvaylı deputatlar bu məsələyə həssaslıqla yanaşacaqlar. Sədr, problemə münasibətdə Uruqvay dövlətinin mövqeyini müsbət dəyərləndirmişdir. 

Diyeqo Kanepa ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləmiş, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü yüksək dəyərləndirmişdir. Bildirilmişdir ki, Azərbaycan Uruqvay üçün önəmli ölkədir. Cənubi Qafqazın bu bölgəsinin dinamik inkişafı göz önündədir. Uruqvay Azərbaycan ilə həyatın bütün sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Azərbaycanın qlobal enerji layihələrinin reallaşmasındakı rolu bu ölkənin dünya miqyasında günbəgün artan nüfuzundan xəbər verir.

Diyeqo Kanepa ölkəsinin siyasi sistemi haqqında Milli Məclisin sədrinə ətraflı məlumat vermiş, münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolunu vurğulamışdır. 

Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllində Uruqvay Prezidentinin və hökumətinin mövqeyini bir daha diqqətə çatdıraraq demişdir ki, Uruqvay məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməzdir. Biz gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Uruqvayla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavanşir Feyziyev, Azərbaycanın Uruqvaydakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında