Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Bakıda keçirilməsi mühüm hadisədir

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov iyulun 2-də Avropa Yayımları Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Bakıda səfərdə olan Finlandiyanın İctimai Televiziyasının baş direktoru Lauri Kivinen, Latviya Radiosunun baş direktoru Dzintris Kolats və Latviya Televiziyasının baş direktorunun müavini Agnis Mamaja ilə görüşmüşdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirmişlər ki, Finlandiyanın İctimai Televiziyasının baş direktoru L.Kivinen ilə görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunmuşdur.
Görüşdə Azərbaycanın və Finlandiyanın ictimai televiziyaları arasında əlaqələrin genişləndirilməsinin və birgə proqramların hazırlanmasının vacibliyi qeyd olunmuşdur. Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Latviya Radiosunun baş direktoru D.Kolats və Latviya Televiziyasının baş direktorunun müavini A.Mamaja ilə görüşdə də iki ölkənin teleradioları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Latviyalı qonaqlar İctimai Teleradio ilə əlaqələrin genişləndirilməsinə maraq göstərdiklərini bildirmiş və Azərbaycan haqqında məlumatların latış xalqına çatdırılmasının əsas məqsədlərindən olduğunu vurğulamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında