Herbert KVELLE: Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir

Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle bu fikri yanvarın 21-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) görüşdə söyləmişdir.

 

Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle bu fikri yanvarın 21-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) görüşdə söyləmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov diplomata milli informasiya agentliyinin tarixi barədə ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulamışdır ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açmışdır.

Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə, o cümlədən milli xəbər agentlikləri arasında əlaqələrinin sürətlə inkişaf etdiyini deyən A.Aslanov AzərTAc-ın Almaniyanın DPA  agentliyi ilə həm üzvü olduqları Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində, həm də ikitərəfli əlaqələr formatında uğurla əməkdaşlıq etdiklərini vurğulamışdır. Baş direktor qeyd etmişdir ki, AzərTAc bu yaxınlarda Almaniyanın digər nüfuzlu informasiya agentliyi olan DAPD ilə də əməkdaşlığa başlamışdır.

Azərbaycan və alman xalqları arasında dostluğun qədim ənənələrə söykəndiyini xatırladan AzərTAc-ın baş direktoru bəzi qüvvələrin bu tarixi əlaqələri pozmaq niyyətini pisləmişdir. A.Aslanov demişdir: “Qərb dairələrində bəzi qüvvələr kiməsə dərs verməyə çalışır, antiazərbaycan kampaniyası aparmağa cəhd göstərirlər. Heç kəs başqa dövlətin daxili işlərinə qarışa bilməz. Həmin kampaniyanı aparanlar arasında təəssüf ki, insan haqları və humanitar yardım üzrə almaniyalı müvəkkil Markus Löninq də vardır. Biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya Almaniya və Azərbaycan dövlətlərinin, həmçinin xalqlarımızın dostluq və əməkdaşlıq münasibətlərini sarsıda bilməz”.

AzərTAc-da olmağından məmnunluğunu bildirən və ətraflı məlumata görə təşəkkür edən səfir ölkələrimiz arasında əlaqələrin genişlənməsində informasiya mübadiləsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında məlumatlı olduğunu bildirən səfir H.Kvelle demişdir ki, ölkəniz hər cəhətdən zəngindir. Lakin Azərbaycan tolerantlıq modeli ilə fəxr edə bilər. Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir.

Diplomat AzərTAc-ın saytını daim izlədiyini və agentliyin geniş əlaqələr qurduğunu xüsusi vurğulamışdır.

Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi barədə razılığa gəlinmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında