Kriminal xəbərlər

Bıçaqlanma

Yanvarın 15-də, Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində, qəsəbə sakinləri Şamil Kərimov mübahisə zəminində Fuad Mikayılzadəyə bıçaq xəsarətləri yetirdiyi üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Narkotik  maddə

Yanvarın 14-də, Mircəlal küçəsində yaşayan Ceyran Nağıyevanın evindən açarseçmə yolu ilə oğurluğa cəhd edərkən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İntiqam İbrahimov və Elçin Ələkbərov Binəqədi RPİ CAŞ və 7-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onların üzərinə baxış keçirilərkən İ.İbrahimovdan 0,217, E.Ələkbərovdan isə 0,210 qram heroin və hər ikisindən kustar üsulla hazırlanmış açar əvəz edən alətlər aşkar edilmişdir.

Hərbi sursat

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvələr məhkum olunmuş Elçin Bəşirovdan «Makarov» tipli tapança və ona aid içərisində 2 ədəd patronu olan sandıqça aşkar edilərək götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında