LƏNKƏRANDA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILIB

20 Yanvar faciə qurbanlarının 23-cü ildönümü – ümumxalq hüzn günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük ehtiramla yad edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoyub, daha sonra xiyabana ümumxalq ziyarəti başlayıb. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

  Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə də görüşmüşdür. İcra hakimiyyətinin akt zalında keçirilən görüşdə  20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının törətdiyi qətliamdan danışıb, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dahi rəhbərin qətiyyəti və iradəsi ilə bu qanlı faciəyə hüquqi qiymət verildiyini xüsusi qeyd edib. Bildirib ki,beynəlxalq ictimaiyyət və təşkilatlar bu qətliama ulu öndərin apardığı siyasət nəticəsində doğru qiymət verməyə başlayıblar.

Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan  20 Yanvar faciəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  diqqət və qayğısı sayəsində hər il hüzn günü kimi ehtiramla qeyd edilməsindən bəhs edib, azadlıq mücahidlərinin xatirəsinin həmişə dövlətimiz və xalqımız tərəfindən əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu xüsusi vurğulayıb. Qeyd edib ki,illər keçəcək, nəsillər dəyişəcək, lakin bu qanlı tarix heç zaman unudulmayacaq. 20 Yanvar şəhidlərinin müqəddəs ruhu daim bizimlə olacaq. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız geri qaytarılacaq, şəhidlərimizin ruhu sevinəcəkdir.

“20 Yanvar” cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, görüşdə iştirak edən  şəhid ailələrinin üzvləri onlara və əlillərə göstərilən qayğıya görə dövlət başçısına, səmimi qəbula görə İcra başçısına minnətdarlıqlarını bildiriblər.Görüşdə iştirak edən şəhid ailələri üzvlərinə və əlillərə icra hakimiyyəti tərəfindən maddi yardım edilib.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında