Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır

 

 

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov  bildirmişdir ki, Azərbaycan xalqının tarixi yaddaşına həkk edilmiş qanlı 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədi ilə keçiriləcək mərasimlə əlaqədar Parlament prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Bununla əlaqədar yanvarın 20-də səhər saat 8.00-dan şəhidlərin xatirəsini yad edən hərəkat iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə Mehdi Hüseyn küçəsi, Teleteatr 1 ünvanından - yəni Teleteatr binası yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən, eyni zamanda, Milli Məclisin inzibati binasının arxasından Parlament prospekti-Şəhidlər xiyabanı istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tədbir başa çatana qədər bu istiqamətdə avtomobillərin hərəkətinin mümkünsüzlüyünü nəzərə alaraq əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər. Bu istiqamətə hərəkət edərkən ictimai nəqliyyata üstünlük versinlər.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında