“Azərsu” ASC-də anım mərasimi

 

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin anım  mərasimi keçirilmişdir.  Öncə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 23 il əvvəl baş vermiş hadisənin Azərbaycan xalqının  azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş  SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə qəti etirazını bildirmişdir. SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə qarşı etirazlar böyüyərək bütün respublikanı əhatə etmişdir. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və onlar dinc xalqa qarşı qırğınlar törətmişlər. Nəticədə 134 mülki vətəndaş qətlə yetirilmiş, 600-dən çox adam yaralanmışdır. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  etmişdir.

Natiq qeyd etmişdir ki, ümummilli liderimizin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Bu məqsədlə 1994-cü il martın 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilmişdir. 20 Yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ulu öndərimizin onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşdığını diqqətə çatdıran Q. Hüseynov hazırda bu humanist siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişdir.

Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Mirzə Qəniyev, Kamil Həzrətquliyev və Təranə İmanovanın  yaralandığı xatırlanmışdır.

Tarixçi alim Vəkil Həsənov qanlı hadisələrlə bağlı geniş çıxış edərək bildirmişdir ki, 1990-cı il yanvarın 20-də  keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı  Şövkət  Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər.

 

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında