Yanvarın 21-dən metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanır

 

Bakı Metropolitenindən redaksiyamıza bildirmişlər ki, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, “28 May” stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-də səhər saat 06:00-dan etibarən bağlanacaq.

Sərnişinlər bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən (“28 May” stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından “28 May” stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında