Daxili İşlər Nazirliyinin əməkdaşları özlərini kriminal avtoritet adlandıraraq nüfuz dairəsi bölgüsü aparan on bir nəfəri saxlamışlar

 

Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə (DİN) əməliyyat məlumatı daxil olmuşdur.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məlumat yoxlanılaraq təsdiqini tapmışdır. Bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılmışdır. Bu zaman onlar polisə müqavimət göstərmişlər. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında