Almaniyada keçirilən “Beynəlxalq Yaşıl Həftə - 2013” sərgisində Azərbaycan da iştirak etmişdir

 

Almaniyanın Berlin şəhərində keçirilən kənd təsərrüfatı və bağçılıq üzrə “Beynəlxalq Yaşıl Həftə - 2013” sərgisində iştirak edən kənd təsərrüfatı  naziri İsmət Abasov Azərbaycan pavilyonunun açılışında iştirak etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycanı təmsil edən 30-a yaxın şirkət 250-dək çeşiddə müxtəlif kənd təsərrüfatı və ərzaq məhsullarını nümayiş etdirir.

İ.Abasov sərgi çərçivəsində Azərbaycan və Almaniya iş adamlarının iştirakı ilə keçirilən ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Nazir Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər, iki ölkə arasında bu sahədə əməkdaşlığın istiqamətləri barədə  ətraflı  məlumat  vermişdir.

Həmin gün İ.Abasov Litva Respublikasının kənd təsərrüfatı naziri Viqiliyus Jukna ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş” imzalanmışdır.

Daha sonra nazir İ.Abasov 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Berlindəki səfirliyində təşkil olunmuş tədbirdə iştirak etmişdir.

Tədbirdə nazir 20 Yanvar faciəsi barədə ətraflı danışmış və bu faciənin reallıqlarının dünya ictimaiyyətinə geniş və obyektiv şəkildə təqdim edilməsinin vacibliyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında