Hakimlər birliklərinin beynəlxalq əməkdaşlığı genişlənir

Tbilisidə Gürcüstan Hakimlər Assosiasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə "Hakimlərin peşəkar birliyi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə əvvəlcədən üç Cənubi Qafqaz ölkəsindən və Almaniya Federativ Respublikasından müxtəlif peşəkar hakimlər birliyinin üzvlərinin iştirakları planlaşdırılsa da, sonradan Gürcüstan Hakimlər Assosiasiyasının təşəbbüsü ilə Ukrayna, Moldova, Polşa, Estoniya hakimlər birliklərinin nümayəndələri də qatılmışlar.
Azərbaycanı tədbirdə ölkəmizdə fəaliyyət göstərən ümumi və ixtisaslaşdırılmış hakimlər birliklərinin 5 hakimi təmsil etmişdir. Tədbirdə çıxış edən hakimlər birliklərinin sədrləri Ələddin Cəfərov və Səadət Bəktaşi rəhbərlik etdikləri qurumların fəaliyyəti və respublikada aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat vermişlər. Görüşdə iştirakçı ölkələr tərəfindən bəyannamə qəbul edilərək, məhkəmə maraqlarının birgə müdafiəsi üçün səylərin birləşdirilməsi və bununla bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi niyyətləri ifadə olunmuş, həmçinin 2010-cu ildə hərtərəfli əməkdaşlığa dair memorandumun imzalanması qərara alınmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında